Icma.az
close
up
RU
Əksər hallarda ana atanın doğum və ya ölüm sənədlərini, hətta arxiv dairələrindən belə əldə etmək mümkün olmur

Əksər hallarda ana atanın doğum və ya ölüm sənədlərini, hətta arxiv dairələrindən belə əldə etmək mümkün olmur

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir şəxsin vəfatından sonra onun malik olduğu əmlak, borclar və digər hüquqları qanunvericiliyin müəyyən etdiyi qaydalara əsasən vərəsələrinə keçir. Lakin real həyatda bu proses çox vaxt ailə üzvləri arasında fikir ayrılıqları və mübahisələrlə müşayiət olunur.

Vərəsəliyin rəsmiləşdirilməsi üçün hansı sənədlər və müddətlər tələb olunur?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına hüquqşünas Ruslan Mustafayev bildirib ki, son 1 ildə sənədlərin toplanmasında tələb olunan sənədlərin siyahısında kifayət qədər dəyişikliklər aparılmışdır: “Hal-hazırda vərəsəlik işində vətəndaşların qarşılaşdığı çox ciddi bir çətinliklərlə bağlı bir fikrimi bildirmək istəyirəm. Son 1 ildə qanunvericilikdə edilən dəyişikliklər, Ali Məhkəmənin Plenum qəbul etdiyi qərarlara əsasən vərəsəlik işlərin açılmasında, vərəsəlikdə payların müəyyən edilməsində sənədlərin toplanmasında tələb olunan sənədlərin siyahısında kifayət qədər dəyişikliklər aparılmışdır. Faktiki olaraq müəyyən dəyişikliklər, yeniliklər vətəndaşları kifayət qədər çətin vəziyyətlərə salır. Bu, əsasən tələb olunan sənədlərlə bağlı olan hissədədir.

Problem ondan ibarətdir ki, bir çox hallarda notariuslar vərəsəlik işinin açılması üçün rəhmətə getmiş şəxsin bütün vərəsələrinin – yəni 1-ci növbəli olan vərəsələrin doğum şəhadətnamələrini, həmin şəxs rəhmətə gedibsə, onların ölüm şəhadətnamələrinin təqdim olunmasını tələb edir. Bu da bir çox hallarda vətəndaşları çətinliyə salır. İcraatımda olan işlə bağlı bir məsələ barədə qeyd etmək istəyirəm ki, 86 yaşında bir kişi rəhmətə getmişdir - onun 5 övladı vardır. Bir həyat yoldaşı olub, bir neçə il öncə rəhmətə getmişdir. Övladlar analarının və atalarının ölüm şəhadətnaməsi, atalarının müəyyən olunmuş sənədləri ilə həmçinin öz şəxsiyyət vəsiqələri ilə notariat ofisinə yaxınlaşırlar və vərəsəlik işinin açılmasını istəyirlər. Belə olan təqdirdə notarius həmin övladlardan atalarının digər 1-ci növbəli vərəsələrinin yəni rəhmətə getmiş şəxsin atasının və anasının ölüm şəhadətnamələrinin təqdim olunmasını da tələb edir. Əslində təbii olaraq bu qanunvericiliyə uyğun olan bir tələbdir. Biz bunun qanunvericiliyə uyğun olub - olmadığını iddia edə bilmərik. Rəhmətə getmiş şəxslərin valideynləri uzun illər bundan qabaq rəhmətə getmişdir və təəssüflər olsun ki, bir çox hallarda həmin şəxslərin anadan olması və ölmələri ilə bağlı hər hansı bir sənədlərin bugünkü gündə digər vərəsələrin – yəni nəvələrin əlində olmağı, onların sərəncamında olmağı ehtimalları çox azdır. Təəssüflər olsun ki, bir çox hallarda bu sənədləri, hətta arxiv dairələrindən belə əldə etmək mümkün olmur. Yəni təsəvvür edin ki, 70 il bundan qabaq rəhmətə getmiş bir şəxsin ölməsinə dair hər hansı bir sənəd əldə eləmək demək olar ki, qeyri -mümkün olur. Bu şəxslərin əksəriyyəti rayonlarda yaşayıblar və onların ölümü ilə bağlı qeydiyyatı aparılmamışdır. Hətta qəbir yerləri belə qalmamışdır. Yəni hər hansı bir sənət üzərindən həmin şəxsin rəhmətə getdiyini sübut etmək kifayət qədər çətindir. Vətəndaşlar məcbur olur ölümə dair hər hansı bir rəsmi sənəd əldə edə bilmədikləri üçün məhkəmələrdə ölüm faktlarının tanınmasına dair iddialar qaldırmağa. Bugünkü gün məhkəmələrin icraatında buna dair oxşar situasiyalar uyğun olan işlərin sayı kifayət qədər çoxdur.

Mən düşünürəm ki, bu məsələlər ələvə işlərlə yüklənməsinə dair problemlər yaradır. Hal-hazırda məhkəmələrin icraatında onsuz da kifayət qədər çoxlu sayda işlər var. Bu işlər də onların iş yükünü təbii olaraq daha da artırır. Vətəndaşları əlavə xərclərə düşməyə, vaxt itirilməsinə vadar edir. Bu hissədə kifayət qədər çətinliklər, problemlər var. Bunu vətəndaşlar yalnız məhkəmə qaydasında həll edirlər. Bu səbəbdən bu hissənin araşdırılmasına, hansısa bir problemin daha tez, daha az xərclə həll olunmasına yardım edəcək bir yeniliklər gətirilməsinə böyük ehtiyac var”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri