Icma.az
close
up
RU
Ekspert: “2 3 saat xarici dil keçən şagird orta səviyyədə danışa bilmir”

Ekspert: “2 3 saat xarici dil keçən şagird orta səviyyədə danışa bilmir”

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Azərbaycan məktəblərində xarici dil tədrisinin effektiv olmaması problemi uzun illərdir mövcuddur və bu, sistemli təhlil tələb edən dərin struktur çatışmazlıqlarla bağlıdır. Statistika göstərir ki, ölkə üzrə ümumi təhsil müəssisələrində 2023-cü ilin məlumatına əsasən, 23 mindən çox xarici dil müəllimi çalışsa da, onların yalnız təxminən 40%-i B2 və ya daha yüksək səviyyədə həmin dili danışa bilir. Bu isə birbaşa olaraq şagirdlərin əldə etdiyi nəticələrə təsir edir. Orta məktəbi bitirənlərin böyük əksəriyyəti 11 illik təhsil müddətində həftədə 2–3 saat xarici dil öyrənsə də, orta danışıq səviyyəsinə belə çata bilmir".
Bunu Demokrat.az-a açıqlamasında tanınmış ekspert Kamran Əsədov deyib. 
Onun sözlərinə görə, bu problemin əsas səbəblərindən biri müəllim hazırlığının zəifliyidir: 
"Təhsil haqqında Qanunun 21-ci maddəsində göstərilir ki, müəllimlər müasir pedaqoji yanaşmalar, kommunikativ metodlar və interaktiv tədris vasitələri ilə işləməlidir. Lakin real vəziyyət göstərir ki, müəllimlərin əksəriyyəti hələ də köhnə – qrammatika-mətn tərcüməsinə əsaslanan metodlardan istifadə edir. 
Bu metod şagirdin dili istifadə etmə bacarığını yox, sadəcə test imtahanına hazırlığını təmin edir. Nəticədə, dil bilikləri passiv yaddaşda qalır, praktik bacarıqlar isə formalaşmır".
Ekspert qeyd edib ki, digər əsas çatışmazlıq resursların, dərsliklərin və tədris mühitinin müasir tələblərə uyğun olmamasıdır: 
"Dərsliklər çox zaman nitq bacarıqlarına deyil, yazılı qrammatik qaydalara yönəlib. Ənənəvi dərsliklərdə dinləmə və danışıq bacarıqlarını inkişaf etdirəcək materiallar ya az yer tutur, ya da ümumiyyətlə yoxdur. 
Məktəblərdə interaktiv dil laboratoriyaları, multimedia resursları və dil öyrənməyə təşviq edən texnologiyalar isə ya yoxdur, ya da istifadəsiz vəziyyətdədir".
Kamran Əsədov bildirib ki, bu sahədə son illərdə müsbət addımlar atılıb: 
"Dövlət proqramları çərçivəsində 5000-dən çox xarici dil müəllimi ixtisasartırma və sertifikasiya təlimlərinə cəlb olunub. 
Eyni zamanda, bəzi pilot məktəblərdə danışıq yönümlü dərs modelləri sınaqdan keçirilir. Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə bir neçə məktəbdə müasir texnoloji vasitələrlə təchiz olunmuş dil otaqları fəaliyyətə başlayıb. Lakin bu təşəbbüslər hələ də sistemli və ölkə miqyasında yayıla bilməyib".
Cavidan Mirzəzadə 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri