Icma.az
close
up
RU
Ekspert: Avropa inteqrasiyası istiqamətində Gürcüstana ciddi zərbələr vurulacaq

Ekspert: Avropa inteqrasiyası istiqamətində Gürcüstana ciddi zərbələr vurulacaq

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Bu barədə Gürcüstan hökumətindən bildirilib.

Vurğulanıb ki, buna səbəb E.Valtonenin ötən gün Tbilisidə keçirilmiş qanunsuz mitinqdə iştirak etməsi və yalan bəyanatlar verməsidir.

Qeyd edək ki, E.Valtonen Tbilisidə Gürcüstan parlamentinin binası önündə keçirilən aksiyanın dinc olduğunu qeyd edib və aksiyaçılara dəstəyini bildirib. Onun sözlərinə görə, etirazçılar Gürcüstanın irəlilədiyi istiqamətdən narahatdırlar və insanlar əsas azadlıqlardan məhrum edilirlər.


Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Gürcüstanla Qərb arasındakı münasibətlər getdikcə pisləşir:


"Xüsusilə də “Gürcü Arzusu” partiyasının qalib gəlməsindən sonra Qərb hesab edir ki, ölkədə baş verən proseslərdə ciddi antidemokratik yanaşmalar var.

Qərb, o cümlədən, “xarici agentlər haqqında” qanunun qəbulunun əleyhinə çıxış edir. Çünki Gürcüstandakı Qərb agenturası, xüsusilə də QHT-lər səviyyəsində fəaliyyət göstərir və onlar əvvəllər hakimiyyət dəyişikliyində, çevrilişlərdə, “narıncı inqilab” kimi proseslərdə mühüm rol oynamış sosial bazanı təmsil edirlər. Bu qurumların sosial təbəqədəki təxminən bir neçə yüz nəfərlik fəal  dəstəkçi çevrəsi var. Lakin son seçkilərdən sonra Gürcü ictimaiyyətinin hakimiyyəti açıq şəkildə dəstəkləməsi Qərb ilə münasibətləri daha da gərginləşdirdi. Çünki inqilaba nail ola bilmədikdən, seçkidə də udurduqlarından sonra artıq bu cür təzyiq mexanizmlərini işə salacaqlar.

Ehtimal olunur ki, qarşıdakı dövrdə Avropa inteqrasiyası istiqamətində Gürcüstana ciddi zərbələr vurulacaq. Xüsusilə də Rusiya ilə adının hallanması və bu kontekstdə cəzalandırılması prosesi davam edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri