Ekspert: Azərbaycan ilə İspaniya arasında münasibətlər sabit inkişaf dinamikası nümayiş etdirir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan ilə İspaniya arasında münasibətlər sabit və konstruktiv səviyyədədir və bir sıra istiqamətlər üzrə tədricən genişlənir.
Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Panavropa İttifaqının prezidenti, ispan ekspert Karlos Uriarte Sançes ifadə edib.
Onun sözlərinə görə, İspaniya parlamentinin sədrinin bu yaxınlarda Bakıya səfəri iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi baxımından mühüm siqnal olub. Ekspert qeyd edib ki, tarixən ikitərəfli əlaqələr Avropa məkanında ən intensiv münasibətlərdən sayılmasa da, son illərdə həm Bakı, həm də Madrid tərəfindən əməkdaşlığın dərinləşdirilməsi üzrə nəzərəçarpacaq səylər müşahidə olunur.
O vurğulayıb ki, turizm, rəqəmsallaşma, kənd təsərrüfatı və bərpaolunan enerji kimi sahələrdə tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirilir. Ekspertin qiymətləndirməsinə görə, İspaniya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi nəzərdən keçirir, Bakı isə Madridi güclü iqtisadi və texnoloji potensiala malik Avropa İttifaqının üzvü olan əhəmiyyətli dövlət kimi qiymətləndirir.
Müxbir - Tamilla Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 13 Mart 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















