Icma.az
close
up
RU
Ekspert: Dövlət tərəfindən özəl məktəblərin tarif siyasətinə nəzarət edilmir, sosial ədalət meyarları tətbiq olunmur

Ekspert: Dövlət tərəfindən özəl məktəblərin tarif siyasətinə nəzarət edilmir, sosial ədalət meyarları tətbiq olunmur

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin statistikasına əsasən, ölkəmizdə 34 özəl məktəb var. Qanunvericiliyə əsasən, həmin məktəblər verdikləri təhsilə görə ödənişləri sərbəst müəyyən edirlər. Hazırda fəaliyyət göstərən 34 özəl ümumitəhsil məktəbində illik ödənişlər 5-5.5 min manatdan başlayaraq, 60 min manata çatır. 
Təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda özəl ümumitəhsil məktəblərinin fəaliyyəti və bu məktəblərdə tətbiq edilən təhsil haqları son illərdə artan maraqla yanaşı, ciddi müzakirə mövzusuna çevrilib:
“2025-ci ilin rəsmi məlumatına görə, ölkə üzrə 34 özəl ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərin əksəriyyəti Bakı və Abşeron bölgəsində yerləşir. Əsasən orta və yuxarı gəlir təbəqəsinə xidmət göstərir. Qanunvericiliyə əsasən, bu məktəblər öz təhsil haqlarını sərbəst müəyyən etmək hüququna malikdir. 
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13.3-cü maddəsində açıq şəkildə göstərilir ki, “özəl təhsil müəssisələrinin maliyyə fəaliyyətinə dövlət müdaxilə etmir, müəssisə təhsil haqlarını müstəqil şəkildə müəyyən edir”. 
Bu hüquqi norma özəl sektorun təşviqi baxımından zəruri olsa da, onun tənzimlənmə boşluğu ciddi sosial və iqtisadi təbəqələşməyə səbəb olur. Hazırda fəaliyyət göstərən özəl məktəblərdə illik təhsil haqları 5,000 manatdan başlayaraq 60,000 manata qədər yüksəlir. Ölkə üzrə orta aylıq əməkhaqqının 2025-ci ilin I rübündə 980 manat olduğunu nəzərə alsaq, bu qiymətlər cəmiyyətin böyük əksəriyyəti üçün əlçatmazdır. Belə olan halda bu məktəblər daha çox prestij və status elementi kimi qəbul olunur və təhsilin ictimai funksiyasından çox, elit xidmətə çevrilir. Bu, həm də təhsilin bərabərlik prinsipini pozur. 
Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində təhsil hüququ insanın əsas hüquqlarından biri kimi tanınır və dövlətin bu hüququ qoruması və təmin etməsi öhdəliyi vurğulanır. Amma faktiki olaraq təhsil sisteminin bir seqmenti bazar iqtisadiyyatı prinsiplərinə əsaslanaraq yalnız maddi imkanlı təbəqənin istifadəsinə verilir”.
Ekspert bildirib ki, özəl məktəblərdə ödənilən təhsil haqları ilə göstərilən xidmətlərin müqayisəsi aparıldıqda keyfiyyət və nəticə baxımından həmişə uyğunluq müşahidə edilmir:
“Dövlət İmtahan Mərkəzinin 2024-cü ilə dair buraxılış və qəbul statistikaları göstərir ki, ən yüksək bal toplayan abituriyentlərin 89 %-i məhz dövlət məktəblərinin məzunlarıdır. Bu, onu göstərir ki, yüksək ödəniş təhsilin keyfiyyətinə birbaşa zəmanət deyil. Əksinə, bəzi özəl məktəblərdə akademik nəticələrə deyil, daha çox xarici proqramlara, texniki təchizat və rahatlığa üstünlük verilir. Bu yanaşma isə şagirdlərin fundamental elmi biliklərə yiyələnməsi baxımından problemlər yaradır. Buna baxmayaraq, özəl məktəblərin mövcudluğu müəyyən müsbət cəhətlər də daşıyır. Bu məktəblərdə adətən sinifdaxili şagird sayı az olur, müəllim-şagird münasibətləri daha fərdiləşdirilmiş şəkildə qurulur, yeni tədris metodları – məsələn, STEAM, CLIL, inquiry-based learning – tətbiq olunur. 
Eyni zamanda, bu məktəblərdə infrastruktur və texnoloji imkanlar dövlət məktəblərinə nisbətən daha yüksək səviyyədədir. Bu baxımdan özəl sektor təhsildə rəqabətin və innovasiyanın inkişafı üçün stimullaşdırıcı rol oynaya bilər. Lakin bu müsbət elementlərin cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmaması onun ümumtəhsil sisteminə töhfəsini məhdudlaşdırır”.
K.Əsədov qeyd edib ki, dünya təcrübəsində özəl məktəblərin fəaliyyətinə dair müxtəlif modellər tətbiq olunur:
“Məsələn, Finlandiyada özəl məktəblər ümumi təhsil sisteminin bir hissəsi kimi dövlət tərəfindən maliyyələşdirilir və onların təhsil haqları dövlət məktəbləri ilə eynidir. Əlavə olaraq, məktəblərin fəaliyyətinin ictimai hesabatlılığı və keyfiyyətə dair monitorinqi ciddi şəkildə aparılır. Almaniyada isə özəl məktəblər yalnız əlavə xidmətlər üçün minimal ödəniş alır və əsas təhsil haqları dövlət tərəfindən qarşılanır. Türkiyədə özəl məktəblərin qiymət artımları dövlət tərəfindən hər il müəyyən edilən göstəricilər əsasında tənzimlənir. Yəni özəl sektor sərbəstdir, lakin məsuliyyətsiz deyil. Bu ölkələrdə özəl məktəblər dövlətin sosial və təhsil siyasətindən kənar fəaliyyət göstərmir. 
Azərbaycanda isə bu sahədə institusional nəzarət və qiymət mexanizmi tam formalaşmayıb. Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən özəl məktəblərin tarif siyasətinə nəzarət edilmir, sosial ədalət meyarları tətbiq olunmur. Əgər bu sahədə dəyişikliklər edilməzsə, yaxın illərdə təhsil sistemi daha da təbəqələşəcək, dövlət məktəblərinə olan inam zəifləyəcək və təhsilin ümumi ictimai vəzifəsi arxa plana keçəcək. Bütün bu mənzərə fonunda dəyişməli olan əsas məsələ qiymət tavanının müəyyən olunması deyil, təhsil bazarında şəffaflıq, ictimai hesabatlılıq və keyfiyyətə görə məsuliyyətin formalaşdırılmasıdır. Özəl məktəblər təhsil haqlarını müəyyən edərkən göstərdikləri xidmətləri konkret və əsaslandırılmış şəkildə ictimaiyyətə təqdim etməlidir. 
Eyni zamanda dövlət müəyyən mexanizmlərlə sosial inklüzivliyi təşviq etməli, ehtiyaclı ailələrin övladları üçün özəl məktəblərdə təqaüd və güzəşt mexanizmləri yaratmalıdır. Əgər bu mexanizmlər tətbiq olunarsa, təhsil sistemi daha dayanıqlı və ədalətli modelə doğru yönələcək. Əks halda isə təhsil bazarı sadəcə sosial sərvətin bölüşdürülməsi vasitəsinə çevriləcək”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyul 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri