Icma.az
close
up
RU
Ekspert: Ənənəvi banklar və sığorta şirkətləri İslam bankçılığına keçidi istəmirlər

Ekspert: Ənənəvi banklar və sığorta şirkətləri İslam bankçılığına keçidi istəmirlər

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada son illərdə alternativ maliyyə modellərinə maraq artmaqdadır. Bu baxımdan sələmçiliyi və faizi rədd edən, ədalətli gəlir bölüşdürülməsinə əsaslanan İslam bankçılığı aktual mövzuya çevrilib. Artıq bu sistem yalnız İslam ölkələrində deyil, bir sıra qeyri-müsəlman ölkələrində də tətbiq olunur. Özbəkistanda isə sentyabrın 16-da parlamentin Qanunvericilik Palatasında İslam bankçılığı ilə bağlı xüsusi qanun layihəsi müzakirəyə çıxarılıb. Bu, regionda İslam maliyyə sisteminə keçid istiqamətində atılan mühüm addımlardan biri hesab olunur.


Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sherg.az-a İslam bankçılığının müsbət-mənfi tərəflərindən danışıb:


"İslam bankçılığı elə bir maliyyə alətidir ki, burada sələmçilik yoxdur, borc faizlə verilmir. Bütün maliyyə əməliyyatları İslam dinində qadağan edilən fəaliyyət sahələri üçün istifadə olunmur. Məsələn, içki, alkoqol, kazino və digər qumar oyunları kimi sahələr İslam bankçılığı çərçivəsində maliyyələşdirilmir. İslam bankçılığı iştirakçılığa və payçılığa əsaslanır. Əgər siz banka əmanət qoyursunuzsa, ənənəvi bank sistemindən fərqli olaraq, burada sizə faiz ödənilmir. Bunun əvəzinə, siz bankın gəlirində pay sahibi olursunuz. Bank gəlir əldə edərsə, siz də qazanc əldə edirsiniz. Əgər bank gəlir əldə etməzsə, siz də heç bir gəlir almırsınız. Bu halda siz bankın müvəqqəti partnyoru, yəni bir növ sahibinə çevrilmiş olursunuz. Ənənəvi bank sistemində isə siz sadəcə əmanətçisiniz, istər qazancı olsun, istərsə də olmasın bank mütləq şəkildə faiz ödəməlidir. Bankın müştəriyə verdiyi kreditin geri qayıtması və faizi onu maraqlandırır. Bank üçün müştərinin qazanc əldə edib-etməməsi maraqlı deyil. İslam bankçılığı isə bu məsələyə fərqli yanaşır. Əgər bank kiməsə kredit verirsə, o zaman bu prosesdə payçı olur. Yəni, müştərinin fəaliyyəti mənfəət gətirərsə, bank da öz qoyduğu paya uyğun şəkildə qazanc əldə edir. Əsas prinsiplərdən biri də şəffaflıqdır. Buna görə də hər iki tərəf üçün şəffaf fəaliyyət vacibdir, müştəri gəlirini gizlətməməli və bank bu gəliri aydın şəkildə görə bilməlidir".


Ekspert İslam sığortası sahəsində də oxşar mexanizmin mövcud olduğunu bildirib: 

"Ənənəvi sığorta sistemində əgər sığorta müddəti ərzində hadisə baş verməzsə, müştərinin pulu batır. İslam sığortasında isə bu belə deyil. Məsələn, sığorta məbləği 200 manatdırsa, bunun yalnız 50 manatı sığorta şirkətinə xidmət haqqı kimi keçir, qalan 150 manat isə ümumi fonda yığılır. Əgər sığorta hadisəsi baş verərsə, bu hadisə bütün iştirakçıların fondundan qarşılanır. İlin sonunda əgər hadisə baş verməyibsə və ya az olubsa, artıq qalan vəsait iştirakçılara geri qaytarılır. Yeganə risk odur ki, toplanan məbləğ bəzi hallarda sığorta hadisəsinin tam həllinə çatmasın.

Bütövlükdə İslam bankçılığı və İslam sığortası bu prinsiplərlə işləyir. Qeyd etmək lazımdır ki, bu sistem yalnız İslam ölkələri ilə məhdudlaşmır. Böyük Britaniya və digər qeyri-müsəlman ölkələrində də İslam bankları fəaliyyət göstərir və onlardan yalnız müsəlmanlar yox, müxtəlif dinlərdən olan insanlar da istifadə edirlər. Çünki sələmə və faizə qarşı çıxmaq yalnız İslam dininə aid deyil, yəhudilikdə, xristianlıqda da bu yanaşmalar mövcuddur.

Qırğızıstan və Qazaxıstan kimi ölkələr bu sistemi çoxdan tətbiq edirlər. Özbəkistan da bu istiqamətdə addımlar atmaq niyyətindədir". 


Müsahibimiz Azərbaycanda 20 ildən çoxdur ki, bu barədə danışıqlar aparıldığını, lakin real nəticənin olmadığını söyləyib: 

"Çünki bu sistemə qarşı fikirlər də mövcuddur. Ənənəvi banklar və sığorta şirkətləri İslam bankçılığına keçidi istəmirlər. Halbuki faydalı ola bilərdi. Amma bunun üçün xeyli iş görülməli, qanunvericilik bazası yenilənməli və yeni maliyyə institutları yaradılmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri