Icma.az
close
up
RU
Ekspert: İnsanlar toplaşıb dollar alsalar, manatın dəyərdən düşməsini saxlamaq mümkün olmayacaq

Ekspert: İnsanlar toplaşıb dollar alsalar, manatın dəyərdən düşməsini saxlamaq mümkün olmayacaq

"Milli vayutanın dəyərdən düşməsinin az olduğu qənatinə gəlinirdi, amma heç kim bunun qarşısının 100% alınacağı ilə bağlı öhdəlik götürmür".

Bunu Pravda.az-a açıqlamasında ekspert Xalid Kərimli bildirib.

"Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə görüşdən çıxan ümumi fikir budur ki, indiki vəziyyətdə manatın 2025-ci ildə məzənnəsinə real təhlükə yoxdur, amma ajiotaj, psixoloji effektlər həmişə çətinlik yaradır. İnsanlar toplaşıb dollar alsalar, istənilən halda bunu saxlamaq mümkün deyil. İnflyasiya məsələsinə gəlincə, Mərkəzi Bank da, hökumət də növbəti illər üçün inflyasiya proqnozu veriblər. Birinin proqnozu 5%-dir, digərininki 4%. Manatın məzənnəsinin dollara görə qorunacağına baxmayaraq, 2025-ci ildə 4-5% arası inflyasiya gözlənilir", - o qeyd edib.

Aytəkin Qardaşova

seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri