Icma.az
close
up
RU
Ekspert: Metroda təhlükəsizlik səddlərinin çəkilməsi xəsarətləri minimuma endirə bilər

Ekspert: Metroda təhlükəsizlik səddlərinin çəkilməsi xəsarətləri minimuma endirə bilər

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

“Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, bir çox dünya ölkələrində metroda qatarla platforma arasında səddlər çəkilib:


“Metroda qatarla platforma arasında təhlükəsizlik səddlərinin çəkilməsi sərnişinlərin təhlükəsizliyi üçün çox məqsədəuyğun və faydalı bir tədbir olardı. Belə sədlər, sərnişinlərin platformaya düşməsini və ya relslərə yaxınlaşmasını əngəlləyərək müxtəlif qəza halları və xəsarətləri minimuma endirə bilər. Bu, həm də hər hansı bir qəza və ya fövqəladə vəziyyət zamanı sərnişinlərin daha asan şəkildə qorunmasına imkan verir.  Bundan əlavə, təhlükəsizlik sədlərinin qurulması yalnız xəsarətlərin qarşısını almaqla kifayətlənmir, həm də sərnişinlərin ümumi rahatlığını artırır və metronun daha etibarlı olmasını təmin edir. Ümumiyyətlə metroda bir çox işlər görülməlidir. Sadəcə təhlükəsizlik səddlərinin çəkilməsinin problemlərini və faydalarını dərindən araşdırmaq lazımdır. Təbii ki, belə bir sistemin qurulması müəyyən maliyyə və infrastruktur xərcləri tələb edir, lakin insan həyatının qorunması baxımından, bu investisiyalar olduqca əhəmiyyətlidir. Əslində intihar xarakterli hadisələrin, təsadüfi yıxılmaların qarşısını almaq üçün bunu etmək olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri