Icma.az
close
up
RU
Ekspert MİQ və sertifikasiya imtahanlarında narazılıqların olmaması üçün təklif VERDİ

Ekspert MİQ və sertifikasiya imtahanlarında narazılıqların olmaması üçün təklif VERDİ

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Dünyanın bütün ölkələrinin təhsil sisteminin səviyyəsini ölçən mexanizmlərdən biri də müəllimin pedaqoji və elmi-pedaqoji səviyyəsinin yoxlanmasıdır. Təhsil sistemini təhsilverənlərin peşəkarlığını yoxlamadan inkişaf etdirmək absurd və qəbul olunmayandır".

Redaktor.az-a bu fikirləri təhsil eksperti Elşən Qafarov sertifikasiya imtahanlarının müsahibə mərhələsinə ehtiyac olub-olmamasından danışarkən bildirdi.

Onun fikrincə, sertifikasiya heç bir halda ləğv edilə bilməz:

"Bunu cəmiyyət də, təhsilverənlər də başa düşüb, qəbul etməlidirlər. Sertifikasiya özü də qiymətləndirmədir. Qiymətləndirmə üçün obyektivlik, şəffaflıq lazımdır. Sertifikasiyanın doğru-düzgün keçirilməməsi, texniki problem çoxluğu o demək deyil ki, sertifikasiya ləğv olunmalıdır. Narazılıqlar baş verən problemlərlə bağlıdır, sertifikasiyanın özü ilə yox".

Ekspert bildirdi ki, sertifikasiyanın müsahibə mərhələsi ilə bağlı da problemlərimiz var.

"155 nömrəli qərarda konkret göstərilir ki, müsahibə mərhələsi özünü təqdimetmə, ünsiyyət kimi meyarlar əsasında qiymətləndirilir. Sertifikasiyanın test mərhələsində sual səhvdir, böyükdür və ya digər problemlər var deyə bilirik. Müsahibə isə subyektiv fikirlərə əsaslandığına görə, müsahibədə buraxılan nöqsanları dəqiqliklə analiz edə bilmirik. Buna görə çox arzu olunandır ki, müsahibə mərhələsində konkret olaraq mexanizm olsun. Müsahibədə eyni zamanda iştirak edəcək komissiya üzvləri azı 2-3 ay öncədən xüsusi təlimlərə cəlb olunmalıdır.

Prosesin ən düzgün yolu təklif edirik ki, həm sertifikasiya, həm MİQ, həm lisey və gimnaziyalara qəbul, direktor və müavinlərin işə qəbulu ümumiyyətlə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanlar Dövlər İmtahan Mərkəzinə verilməlidir. Bu gün Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun işi ancaq imtahan keçirmək, böyük, mənasız milyonların xərcləndiyi layihələrin həyata keçirilməsidir. Milyonlarla vəsaitin gözə görünmədən yoxa çıxdığı təlimlər keçirilir. Müsabiqə və müsahibələr DİM-ə verilməlidir. Müddət göstərir ki, Elm və Təhsil Nazirliyi imtahan keçirə bilmir", - deyə E.Qafarov qeyd etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri