Icma.az
close
up
RU
Ekspert: Ödəniş yalnız həqiqi müəllim olmaq istəyənləri prosesdə saxlayacaq

Ekspert: Ödəniş yalnız həqiqi müəllim olmaq istəyənləri prosesdə saxlayacaq

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"MİQ-də iştirak etmək üçün ilkin variantda təqribən 45-60 manat arasında vəsait ödənilməsi nəzərdə tutulur”​.

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bildiyiniz kimi, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir. Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disporposional fərq yaranır. Təxminən hər il 10-12 min qeydiyyatdan keçən şəxs həmin imtahanda iştirakdan imtina edir.

Bu da təbii ki, o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşılanması çətinləşir. Bu dəyişiklik ona xidmət edir ki, əlçatan bir rəqəm müəyyənləşsin. Təbii ki bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Müsabiqədə iştirak etmək üçün təxminən 45-60 manat arasında vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək”, - şöbə müdiri bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev də yeni tədris ilinə dair media üçün brifinqdə MİQ imtahanlarının ödənişli olması ilə bağlı danışıb.

Nazir deyib ki, MİQ imtahanı ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər xüsusi şəxslər üçün ödənişsiz olacaq.

“MİQ imtahanı üçün 60 min adam müraciət edir, 48 min nəfər gəlir, bu da bizim üçün əlavə xərcdir. 12 min şəxsin gəlməməsi onlara ayrılmış texniki resursun istifadə olunmaması deməkdir. MİQ imtahanının qiyməti çox yüksək olmayacaq. Burada məqsəd pul yığmaq deyil, məsuliyyət yaratmaqdır”.

“Cəmiyyətimiz müsahibə ilə imtahana inanmır. MİQ imtahanı köklü dəyişilməlidir. MİQ-in ən yaxşı yolu müsahibə ilə işə qəbuldur. Lakin inam olmadığı üçün bunu həyata keçirə bilmirik”, - E. Əmrullayev əlavə edib.


Təhsil eksperti Kamran Əsədov Sherg.az-a bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarının ödənişli olması ilə bağlı qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması təhsil siyasətində keyfiyyət və məsuliyyət prinsiplərinin ön plana çəkildiyini göstərir:


"Təhlil göstərir ki, 2025-ci ildə MİQ imtahanında 60 mindən çox namizəd iştirak edib, lakin vakant yerlərin sayı 6 min civarında olub. Nəticədə dövlətin imtahanların təşkili üçün ayırdığı böyük maliyyə vəsaiti səmərəsiz şəkildə sərf edilir. İmtahanların ödənişli olması bu disproposiyanı azalda, təsadüfi iştirakçıların sayını minimuma endirə və yalnız həqiqətən müəllim olmaq istəyənləri prosesdə saxlaya bilər. Elm və Təhsil Nazirliyinin bu addımı məsuliyyətli idarəetmə yanaşması kimi dəyərləndirilməlidir. Statistik məlumatlar göstərir ki, 2025-ci ildə iştirakçıların 39 faizi keçid balını toplaya bilib. Bu isə o deməkdir ki, 27 mindən çox şəxs dövlətin təşkil etdiyi imtahanda iştirak etsə də, minimum tələbləri ödəməyib. Belə hallarda həm vaxt, həm də resurs itkisinin yaranması qaçılmazdır. İmtahanların müəyyən ödənişlə keçirilməsi həmin iştirakçıların bir qismini əvvəlcədən ayıracaq, yalnız hazırlıqlı namizədlərin imtahana qatılmasına imkan yaradacaq. Bu da nəticə etibarilə imtahanların daha keyfiyyətli və məqsədyönlü təşkilinə şərait formalaşdıracaq".


Müsahib əlavə edib ki, qanunvericilik baxımından məsələni təhlil etdikdə, “Təhsil haqqında” Qanunun 5-ci maddəsində dövlətin təhsildə bərabər imkanları təmin etməsi öhdəliyi göstərilir:

"Bununla yanaşı, “Ümumi təhsil haqqında” yeni qanun layihəsində müəllimlərin işə qəbulu prosesində məsuliyyətin artırılması və dövlət büdcəsinin yükünün optimallaşdırılması zəruri istiqamətlərdən biri kimi qeyd olunur. Əgər ödəniş nominal xarakter daşıyarsa və sosial həssas qruplar üçün güzəştlər nəzərə alınarsa, bu mexanizm həm qanunun mahiyyətinə zidd olmaz, həm də dövlətin vəsaitlərinə qənaət imkanı yaradar. Burada əsas məqsəd “pul yığmaq” deyil, sistemin keyfiyyətini qorumaq və məsuliyyətsiz yanaşmaların qarşısını almaqdır. Dünya təcrübəsinə nəzər yetirdikdə, müxtəlif yanaşmalar mövcuddur. Məsələn, Finlandiyada müəllim peşəsinə qəbul tam ödənişsiz aparılır. Çünki müəllimlik ölkənin ən strateji peşəsi hesab olunur. ABŞ-da isə bəzi ştatlarda işə qəbul imtahanları ödənişlidir. Lakin ehtiyaclı ailələrin övladları üçün dövlət və qeyri-hökumət qurumları tərəfindən maliyyə dəstəyi təmin edilir. Böyük Britaniyada da müəllim hazırlığına müraciətçilər müəyyən inzibati ödənişlər edir, amma bu məbləğlər simvolik xarakter daşıyır. Azərbaycan bu təcrübələr arasında balanslı model formalaşdırmalıdır: məsuliyyət yaradan, amma sosial ədaləti pozmayan mexanizm".



Kamran Əsədovun fikrincə, qərarın müsbət tərəfi ondan ibarətdir ki, ödənişin tətbiqi nəticəsində imtahana yalnız ciddi hazırlaşan şəxslər qatılacaq:

"Bu, nəticə etibarilə məktəblərə daha savadlı və motivasiyalı müəllimlərin seçilməsinə gətirib çıxaracaq. Bu, şagirdlərin təhsil keyfiyyətinə də müsbət təsir göstərəcək. Digər tərəfdən, imtahanların təşkili xərclərinin bir qisminin namizədlər tərəfindən ödənilməsi dövlət büdcəsinə qənaət imkanı yaradacaq və həmin vəsaitin təhsilin digər sahələrinə yönəldilməsi mümkün olacaq. Mənfi tərəfi isə odur ki, ödəniş məbləği yüksək olarsa, imkansız ailələrin övladları bu imkanlardan kənarda qala bilər. Bu risklərin qarşısını almaq üçün sosial dəstək mexanizmləri mütləq tətbiq olunmalıdır. MİQ imtahanlarının ödənişli olması Elm və Təhsil Nazirliyinin məsuliyyətli və uzaqgörən addımı kimi qiymətləndirilməlidir. Bu qərar təsadüfi iştirakçıların sayını kəskin azaldacaq, imtahanların daha keyfiyyətli və məqsədyönlü keçirilməsinə şərait yaradacaq. Həmçinin nəticə etibarilə dövlət büdcəsinə əlavə yükün qarşısı alınacaq və yalnız peşəyə həqiqi maraqlı namizədlərin müəllimlik peşəsinə cəlb edilməsi təmin olunacaq. Nazirliyin bu istiqamətdəki mövqeyi təhsildə nəticəyönümlülüyün, məsuliyyətin və keyfiyyətin gücləndirilməsinə xidmət edir. Bu, strateji baxımdan təhsil sisteminin inkişafı üçün çox mühüm addımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri