Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır ŞƏRH

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

Orta Dəhlizə beynəlxalq marağın artması və marşrut üzrə yükdaşımaların həcminin yüksəlməsi Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından yeni perspektivlər yaradır. Bu prosesdə əsas diqqət yalnız tranzit yükdaşımaların artırılmasına deyil, həm də dəhliz boyunca logistika və istehsal imkanlarının inkişaf etdirilməsinə yönəldilməlidir.

Bu fikirləri AZƏRTACA-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspert bildirib ki, Orta Dəhliz üzrə yük axınlarının strukturunda müxtəlif yük növlərinin payı artır. Səpinti yükləri, neft məhsulları, gübrə və digər yüklərlə yanaşı, xüsusilə konteyner daşımalarının genişlənməsi marşrutun beynəlxalq təchizat zəncirlərində rolunun artdığını göstərir.

R.Ağamirzəyevin sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də dəhlizin imkanlarından yalnız tranzit məqsədilə deyil, ölkə daxilində əlavə iqtisadi dəyərin yaradılması üçün istifadə etməkdir.

“Orta Dəhliz boyunca logistika mərkəzlərinin, sənaye müəssisələrinin və istehsal sahələrinin formalaşması xüsusi əhəmiyyət daşıyır. Belə yanaşma yükün sadəcə Azərbaycan ərazisindən keçməsini deyil, burada emal olunmasını, əlavə dəyər yaradılmasını və yeni iqtisadi fəaliyyət sahələrinin meydana çıxmasını təmin edə bilər”, – deyə ekspert qeyd edib.

O vurğulayıb ki, Azərbaycanda sənaye və texnologiyalar parklarının, azad iqtisadi zonaların yaradılması bu baxımdan mühüm imkanlar formalaşdırır. Zəyəm Texnologiyalar Parkında dəmir yolu sektoru üçün müxtəlif ehtiyat hissələrinin istehsalının həyata keçirilməsi də yerli istehsalın nəqliyyat infrastrukturu ilə əlaqələndirilməsinə nümunədir.

Ekspertin fikrincə, Ağdam və digər ərazilərdə yaradılan yeni istehsal müəssisələri də gələcəkdə Orta Dəhliz üzrə yük bazasının genişlənməsinə töhfə verə bilər.

“İstehsal müəssisələrinin nəqliyyat dəhlizlərinə yaxın ərazilərdə yerləşdirilməsi logistika xərclərinin optimallaşdırılması baxımından da əhəmiyyətlidir. Eyni zamanda, bu müəssisələr yeni yük axınlarının yaranmasına səbəb olur. Beləliklə, dəmir yolu və digər nəqliyyat infrastrukturu yalnız tranzit üçün deyil, ölkə daxilində istehsal və iqtisadi fəallığın inkişafı üçün də istifadə edilir”, – deyə R.Ağamirzəyev bildirib.

Nəqliyyat üzrə ekspert qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi Orta Dəhlizin inkişafı baxımından mühüm üstünlüklərdən biridir. Ölkənin Avropa ilə Asiyanı birləşdirən marşrutların üzərində yerləşməsi yükdaşımaların vaxt və məsafə baxımından səmərəliliyinin artırılmasına imkan yaradır.

Onun sözlərinə görə, nəqliyyat müddətinin qısaldılması və logistika xərclərinin aşağı salınması Azərbaycanın həm tranzit, həm də istehsal mərkəzi kimi rəqabət qabiliyyətini gücləndirə bilər.

R.Ağamirzəyev əlavə edib ki, qarşıdakı dövrdə Orta Dəhlizin inkişafına kompleks yanaşılmalı, dəmir yolu və avtomobil yolları ilə yanaşı, limanlar, logistika terminalları, sənaye parkları və istehsal müəssisələri vahid iqtisadi zəncir çərçivəsində inkişaf etdirilməlidir. Bu, Azərbaycanın regional nəqliyyat və logistika sistemində rolunun daha da möhkəmlənməsinə və dəhlizdən əldə olunan iqtisadi səmərənin artırılmasına şərait yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri