Icma.az
close
up
RU
Ekspert "Azercell"i "yıxıb sürüdü" "Cibimizə girib milyonlar qazanmaq istəyir"

Ekspert "Azercell"i "yıxıb sürüdü" "Cibimizə girib milyonlar qazanmaq istəyir"

Icma.az bildirir, Bakupost portalına istinadən.


"Azercell mobil internet tariflərini dəyişəcəyini elan edib. Təkliflərinə baxıram və qonşu ölkələrlə müqayisə edirəm, yetərincə bahadır və bu, başqa bir müzakirə mövzusudur. Maraqlı məqam odur ki, bu dövlət şirkətinin təqdim etdiyi internet paketləri “aylıq” adı ilə satılır, amma əslində bu paketlər 30 gün yox, cəmi 28 gün keçərlidir. Bu, Azercell tərəfindən təklif edilən yeni “innovasiyadır . Əvvəllər belə hal müşahidə etməmişik."

Bakupost.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz sosial şəbəkə hesabında bildirib.


O qeyd edib ki, bu qayda ilə müştəri ildə 12 dəfə yox, 13 dəfə ödəniş etməyə məcbur edilir:

"Bu isə az da olsa hər istifadəçidən əlavə qazanc əldə etmək deməkdir. Kiçik görünən bu rəqəm milyonlarla istifadəçidən toplananda şirkət üçün milyonlarla əlavə gəlir deməkdir.

O.Gündüz hesab edir ki, Azercell bu təcrübəni turistlər üçün nəzərdə tutulan Avropa ölkələrindəki 28 günlük SIM kart təcrübəsi ilə eyniləşdirə bilməz:

" Çünki orada bu sistem yalnız qısa müddətli istifadə – yəni turistlər üçün nəzərdə tutulur. Bizdə isə bu “28 gün” yerli əhali üçün “aylıq” adı altında tətbiq olunur.

Azercell-də kimsə deyə bilər ki, biz xırda işlərə baş qoşuruq . Anlayıram.Amma, bu 30/28 yanaşması etik deyil axı.Bu, istehlakçının etibarından sui-istifadə etməkdir.Bu, rəqəmsal bərabərliyə zidd bir addımdır."

O.Gündüzün sözlərinə görə, dövlətə məxsus şirkət olan Azercell-in bu cür praktikalar ictimai məsuliyyət və sosial ədalət prinsiplərinə ziddir və məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və aidiyyəti qurumlar araşdırma aparmalıdır:

“Onlar "aylıq" anlayışının ədalətli və şəffaf istifadəsini təmin etməlidirlər.Ümumiyyətlə, proseslər o qedər sürətlə inkişaf edir ki, hər şeyi izləməyə də zaman çatmır. Azercell-in “1 manat – 1gün” absurd açıqlamasından sonra bir daha bu qurumun son zamanlardakı tarif siyasətinə göz gəzdirdim. Sadəcə təəssüflənməmək mümkün deyil.

Bütün istiqamət var qüvvə ilə müştəridən əlavə pul qopartmağa yönəlib. Amma qarşılığnda yeni xidmətlər, yeni innovasiyalar yoxdur. 5G-dən xəbər yoxdur. Amma qonşu ölkələrin mobil operatorlıarına baxsaq görərik ki, bütün qüvvələrini innovasiyalara, 5G/6G-yə, süni intellektə investisiya yatırmağa, yeni xdimətlərdən gəlir əldə etməyə yönəldiblər. Zamanında Azərbaycanın ən innovativ qurumunun belə halı ürəkaçan deyil. "Azercell"-i özəlləşdirməyə çıxarmağın məqamı çoxdan yetişib".


Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri