Icma.az
close
up
RU
Ekspert repetitorları topa tutdu Bəlkə heç məktəb bizə lazım deyil?!

Ekspert repetitorları topa tutdu Bəlkə heç məktəb bizə lazım deyil?!

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu, qısacası o deməkdir ki, bizim məktəbə olan güvənimiz ildən-ilə, sinif-sinif azalıb. Bu, qətiyyən obrazlı yanaşma deyil, reallığın tam özüdür. Təsəvvür edin, əvvəllər ancaq son buraxılış sinfində – XI sinifdə oxuyan şagirdlər ali məktəblərə hazırlıq üçün repetitor yanına yollanır, seçdikləri ixtisas qruplarına aid fənləri bir növ yenidən təkrarlayırdılar. Sonradan bu prosesin müddəti bir il də artdı. Artıq X–XI siniflər hazırlıq illəri hesab edildi və repetitorluğun davamlılıq müddətini daha da artırdı".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, müəllimliyin mahiyyətini ancaq repetitorluqda görənlərin böyük əksəriyyəti burada xüsusi pay sahibi oldular:
"Məhz onlar repetitorluğu öz maddi məqsədləri naminə genişləndirərək məktəbi bir institut olaraq sıradan çıxardılar.
Təsəvvür edin, bir məktəbdə işləyən müəllim həmin məktəbi nəzərdə tutaraq: “Əşi, burda nə dərs olacaq ki?! Uşaq müəllim yanına getsin!” – dedi. Adamdan soruşarlar, ay müəllim, bəs sən özün təhsilini bəyənmədiyin həmin məktəbin ştatlı əməkdaşı deyilsənmi? Oranın təhsilini inkişaf etdirmək üçün ştat vahidində yer alan bir personal kimi sən özün nə etmisən?! Hansı təklifləri irəli sürmüsən?!
Təbii ki, heç bir təklif. Çünki sənin üçün sinfində dərs dediyin şagirdlər yalnız sənə bir müəllim kimi yox, məhz repetitor kimi müraciət edəndə maraqlı olub. Bu yanaşma, şəxsi maraqların maarifçi, ictimai dəyərlərdən ucuz tutulması məktəbimizi o hala gətirib çıxardı. İndi buyurun, repetitorluq birinci sinifdən başlayır. Bu nə deməkdir? Bu, bəlkə o deməkdir ki, məktəb bizə heç birinci sinifdən lazım deyil?"
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri