Icma.az
close
up
RU
Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycanın startap potensialına inanıram. Ona görə inanıram ki, Azərbaycan artıq ən vacib şeyi sübut edib: dövlət mürəkkəb prosesləri sadələşdirmək istəyəndə işlək və sistemli həllər yarada bilir.

Bunun ən yaxşı nümunəsi Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət”dir. Bir vaxtlar vətəndaşın dövlət xidmətləri ilə əlaqəsi mürəkkəb, ləng və pərakəndə idi. Sonra “bir pəncərə” prinsipi yarandı və çox şey dəyişdi. İnsanlar aydın marşrut, şəffaf proses, sürət, etibar və nəticə əldə etdilər. Hazırda startap ekosistemində əsas problemlərdən biri koordinasiya çatışmazlığıdır. Bu gün mənim fikrimcə, Azərbaycanın startap ekosisteminə öz “ASAN” modeli lazımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında süni intellektəsaslı media texnologiyaları və rəqəmsal biznes transformasiyası sahəsində ixtisaslaşmış sahibkar və texnologiyalar üzrə ekspert Teymur Kuseba səsləndirib.

“Azərbaycanda startaplara dəstək üçün kifayət qədər resurs ayrılır. Müxtəlif dövlət qurumları və təşkilatlar qrantlar, investisiyalar və digər imkanlar təqdim edir. Lakin bu imkanlar vahid sistem daxilində əlaqələndirilmir. Nəticədə eyni istiqamətdə təkrarlanan fəaliyyətlər yaranır və resurslardan tam səmərəli istifadə olunmur”, – deyə o bildirib.

Ekspertin fikrincə, startaplar üçün “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən vahid platformanın yaradılması ekosistemin daha səmərəli işləməsinə şərait yaradar.

“ASAN xidmət” modeli buna yaxşı nümunədir. Startaplar üçün də oxşar yanaşma tətbiq oluna bilər. Sahibkar bir dəfə qeydiyyatdan keçər, məlumatlarını təqdim edər və sonradan müxtəlif dövlət və özəl proqramlara həmin vahid sistem üzərindən çıxış əldə edər. Bu, həm vaxt itkisini azaldar, həm də prosesləri sadələşdirər”, – deyə T.Kuseba qeyd edib.

Ekspert hesab edir ki, qanunvericilikdə “startap” anlayışının dəqiq müəyyənləşdirilməsi də vacib məsələlərdən biridir.

“Bu gün bazarda müxtəlif yanaşmalar mövcuddur. Bəzən böyük şirkətlər və ya uzun illər fəaliyyət göstərən qurumlar da özlərini startap kimi təqdim edirlər. Halbuki startap innovasiya və yeni həllər üzərində qurulan biznes modelidir. Dövlət səviyyəsində startap anlayışının və ona tətbiq olunan meyarların müəyyənləşdirilməsi vacibdir”, – deyə o bildirib.

T.Kusebanın vurğulayıb ki, “yerli startap” anlayışı da ayrıca hüquqi çərçivədə müəyyən edilməlidir.

“Xarici startapın Azərbaycanda nümayəndəlik açması müsbət haldır. Lakin yerli innovasiya məhsulları yaradan şirkətlərə ayrıca diqqət ayrılmalıdır. Çünki məhz onlar ölkənin ixrac potensialının artırılmasına, texnologiya məhsullarının beynəlxalq bazarlara çıxarılmasına və milli innovasiya ekosisteminin inkişafına töhfə verirlər”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, süni intellekt, robot texnologiyaları və startap ekosistemi ilə bağlı hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi Azərbaycanın innovasiya sahəsində rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verə bilər.

Müxbir - Pərvanə Qafarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri