Ekspertdən maraqlı təklif: “Çimərkən hamamın qapısını açıq qoyun”
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Payız-qış mövsümünün başlaması ilə mənzillərdə istilik və su qızdırıcı cihazlarından istifadə intensivləşir.
Bununla yanaşı, hər il olduğu kimi, dəm qazından zəhərlənmə və ölüm halları da yenidən ciddi narahatlıq doğurur.
Görülən qabaqlayıcı tədbirlərə, qaz cihazlarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlara və bəzi avadanlıqların istifadəsinin məhdudlaşdırılmasına baxmayaraq, problemin hələ də aktuallığını qoruması diqqət çəkir.
Xüsusilə əvvəlki illərlə müqayisədə zəhərlənmə hallarının artmasının səbəbləri, qaz təsərrüfatında texniki təhlükəsizlik tələblərinin nə dərəcədə yerinə yetirilməsi və vətəndaşların fərdi məsuliyyəti məsələləri müzakirə mövzusudur.
Bəs dəm qazı təhlükəsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban “Cebheinfo.az”-a bildirib ki, dəm qazından zəhərlənmə hallarının "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə, yəni qazpaylayıcı quruma birbaşa aidiyyəti yoxdur:
“Bəzən sosial şəbəkələrdə qazın tərkibində zəhərli maddələrin çox olması səbəbindən belə zəhərlənmələrin baş verdiyi ilə bağlı fikirlərə rast gəlirəm. "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin 2,6 milyon abonenti var.
Bir il ərzində təxminən 40-50 nəfər dəm qazından zəhərlənir. Bəs həmin 2,6 milyon abonentin hamısı niyə zəhərlənmir? Deməli, məsələ “Azəriqaz”da deyil, istifadəçilərin təhlükəsizlik qaydalarına əməl etməməsindədir.
Yanma prosesi zamanı kiçik və qapalı məkanda oksigen tükənir. Oksigen çatışmazlığı və yanma prosesinin pozulması nəticəsində dəm qazı yaranır.
Həmin məkanda olan canlı orqanizm oksigen çatışmazlığı səbəbindən ya həyatını itirir, ya da vaxtında təhlükəli mühitdən çıxarılmasa, o zaman dəm qazından zəhərlənir.
İnsanlar başa düşməlidirlər ki, Bakıda “Xruşovka” adlandırılan yaşayış binaların hamamda çimərkən pəncərə və nəfəslik yoxdursa, qazla işləyən suqızdırıcı cihaz istifadə edilirsə, ən azı qapını açıq qoymalıdırlar.
Əgər kimsə evdə həyat yoldaşının və uşaqlarının olmasından narahatlıq keçirirsə, ən sadə çıxış yolu onlara 15 dəqiqəlik həmin tərəfə baxmamağı xahiş etməkdir. Hamıya məlumdur ki, yanma prosesi üçün oksigen lazımdır”.
Ekspert qeyd edib ki, insan kiçik və qapalı məkanda çimərkən “pitiminutka” (qazla işləyən su qızdırıcısından) işləyirsə, cihaz otaqdakı oksigeni sərf edir:
“Oksigen çatışmazlığı yarandıqda isə dəm qazı əmələ gəlir”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: qazdan zəhərlənmə İlham Şaban
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Noyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















