Icma.az
close
up
RU
“Əl Bavvabə”: Vaşinqton Bəyannaməsi Yerevan və Bakı arasında sülh səylərinin dəstəklənməsi baxımından mühümdür

“Əl Bavvabə”: Vaşinqton Bəyannaməsi Yerevan və Bakı arasında sülh səylərinin dəstəklənməsi baxımından mühümdür

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 25 sentyabr, AZƏRTAC

Misir və Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Bu münasibətlər yalnız rəsmi əməkdaşlıqla məhdudlaşmamış, həm də xalqlar arasında qarşılıqlı tarixi təmaslarda özünü göstərmiş, eləcə də mədəniyyət və elm sahələrini əhatə etmişdir. Bir çox azərbaycanlı Misirə gəlib burada yaşamış və təhsil almış, eləcə də Misirin elmi həyatına töhfələr vermişlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun bu ölkənin nüfuzlu “əl-Bavvabə nyuz” qəzetinə müsahibəsində yer alıb.

İkitərəfli əlaqələrin inkişaf dinamikasından söz açan səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin 2023-cü ildə Bakıya və Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ildə Misirə səfərlərinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Buna baxmayaraq, mövcud ticarət mübadiləsi ölkələrimizin potensialına cavab vermir. Son rəqəmlərə görə, tərəflər arasında ticarət dövriyyəsinin həcmi təxminən 30 milyon ABŞ dolları təşkil edir. Son illərdə iki ölkə arasında 70-dən çox sənəd imzalanıb. Bu sənədlərin əksəriyyəti iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədini güdür.

Eyni zamanda, müsahibədə qeyd olunub ki, yaxın vaxtlarda Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində biznes forumun keçirilməsi nəzərdə tutulur. Bu biznes forumu iki ölkə arasında işgüzar əlaqələrin inkişafı üçün əhəmiyyətli xarakter daşıyır.

Mədəniyyət sahəsində əlaqələrə toxunan səfir E.Poluxov qeyd edib ki, Misir Opera Evində bir sıra müştərək tədbirlər təşkil edilib. Belə tədbirlər Azərbaycan mədəniyyətini və musiqisini Misir auditoriyasına tanıtmaq üçün əla fürsət sayılır. Bildirilib ki, bu yaxınlarda azərbaycanlı alimin Misirin məşhur şairi, “Əmir əş-şüara” ləqəbi ilə tanınmış Əhməd Şövqinin yaradıcılığı barədə tədqiqatı ərəb dilində çap edilərək təqdim olunacaq.

Müsahibədə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi yaddaşlara yazılmış 44 günlük müharibə nəticəsində torpaqlarımızın azad edilməsi və 2023-cü ilin sentyabrında suverenliyimizin bərpasına gətirib çıxarmış hadisələr barədə də danışılıb. Qeyd olunub ki, Vaşinqton Bəyannaməsi Yerevan və Bakı arasındakı münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərin dəstəklənməsi baxımından mühümdür. Ancaq sülh sazişinin imzalanması üçün Ermənistanda konstitusiya dəyişikliyi olmalıdır.

Müsahibədə, həmçinin Yaxın Şərqdə baş verən hadisələrlə bağlı ölkəmizin mövqeyi barədə suallara da cavab verilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri