Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

“El Economista” qəzetində Azərbaycan Meksika münasibətlərində yeni imkanlardan söz açılıb

“El Economista” qəzetində Azərbaycan Meksika münasibətlərində yeni imkanlardan söz açılıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Meksikanın aparıcı mətbuat orqanlarından olan “El Economista” qəzetində jurnalist Perla Pinedanın müəllifliyi ilə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbovun “Əsas hədəf Meksika ilə Azərbaycanı yaxınlaşdırmaqdır” başlıqlı müsahibəsi dərc olunub.

525.az xəbər verir ki, müsahibəsində diplomat, Meksika-Azərbaycan münasibətlərinin gücləndirilməsi imkanlarından və iki ölkə arasında iqtisadi, enerji və turizm sahələrində əməkdaşlığın perspektivlərindən söz açıb, Azərbaycanın təcrübəsini bölüşmək iqtidarında olduğu sahələr ətrafında jurnalistlə geniş fikir mübadiləsi aparıb.

M.Talıbov Azərbaycanın yaşıl enerji keçidində və yeni bazarlara açılma sahəsində öz təcrübəsini bölüşməyə hazır olduğunu, həmçinin, çoxtərəfli münasibətlərdə, insan hüquqlarının müdafiəsi və mədəni mübadilə sahələrində oxşarlıqları nəzərə alaraq, ölkəmizin hazırda investisiya və ticarət mövzusunda Meksika ilə əlaqələri daha da gücləndirməyə səy göstərdiyini bildirib.

Bununla yanaşı, müsahibəsində diplomat səfirliyin əsas hədəflərindən biri hər iki ölkənin iş adamları arasında qarşılıqlı maraqların, bu xüsusda Meksikanın iqtisadiyyatını şaxələndirmək və dünyanın digər bazarlarına açılmaq istəyinin müəyyənləşdirilməsi üçün kanallar yaratmaq olduğunu vurğulayıb. Bu xüsusda, böyük şirkətlərin və Meksikalı istehsalçıların regionda iştirakını təmin edəcək imkanlar yaradıla biləcəyini deyib. Həmçinin, Azərbaycanın energetika və nəqliyyat sahəsində qlobal miqyaslı bir sıra iqtisadi layihələrə liderlik etdiyini qeyd edərək, bunun ölkədə sosial-iqtisadi şəraitin yaxşılaşdırılmasına gətirib çıxardığını xatırladıb.

Müsahibəsində, ölkəmizin regionda sıx əlaqələrə malik olduğunu və uyğun şərait təklif etdiyini, beləliklə, nəqliyyat qovşağı kimi çıxış etdiyini xatırladan diplomat istənilən Meksikalı şirkətin Mərkəzi Asiya, Avropa, Türkiyə və sair bazarlara Azərbaycan vasitəsilə daxil olmaq imkanının olduğunu xatırladıb.

Bundan əlavə, diplomat qeyd edib ki, kənd təsərrüfatı, texnologiyalar və çip kimi materiallar sahəsində də qarşılıqlı mübadilə imkanları mövcuddur.

Səfir, həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində yaxşı münasibətlər və əməkdaşlığı nəzərə alaraq, Azərbaycanın bərpa olunan enerji sahəsində regional lider olduğunu xatırladıb və enerji keçidinə dair təcrübələrini bölüşməyə hazır olduğunu bildirib. Diplomat xüsusilə qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində regional lider mövqeyini tədricən gücləndirir. Hazırda bir neçə Avropa İttifaqı ölkəsi ilə anlaşma memorandumu imzalanıb və Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək üçün layihə mövcuddur. Həmçinin, ölkənin külək enerjisi və günəş enerjisi kimi yaşıl enerji sahəsində böyük potensiala malik olduğunu vurğulayıb.

Səfir müsahibəsində turizm sahəsində əməkdaşlığa da toxunaraq bu gün hər iki ölkə arasındakı turizm axının artmasına baxmayaraq, hələ də əhəmiyyətli rəqəmlərə çatmadığını qeyd edib. O, bu gün meksikalılar üçün sadə elektron viza sisteminin mövcud olduğunu, Azərbaycanın təklif etdiyi turizm infrastrukturunu kəşf etmə imkanlarının olduğunu və ölkənin təhlükəsizliyindən zövq alaraq rahat şəkildə səyahət edə biləcəklərini diqqətə çatdırıb.

Sonda müsahibəsində hər iki xalqın bir-birini daha yaxşı tanımasının vacibliyindən söz açan səfir M.Talıbov iki ölkə arasında turizm, təhsil kimi sahələrdə əməkdaşlıq üçün yeni imkanların araşdırılmasının əhəmiyyətin vurğulayıb. Bu xüsusda,  Qafqaz bölgəsinin yaxın onilliklərdə dünyanın ən vacib regionlarından birinə çevriləcəyini qeyd edib.

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.eleconomista.com.mx/internacionales/acercar-mexico-azerbaiyan-objetivo-embajador-mammad-talibov-20250318-751044.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17259

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1035

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see173

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see149

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see131

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri