Əl Küveyt hava limanı uçuşlar üçün yenidən açılır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qahirə, 24 aprel, AZƏRTAC
Küveytin hava məkanı yenidən açılıb. Bununla yanaşı, bu gündən Əl-Küveyt Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.
AZƏRTAC xəbər verir ki, bunu Küveyt Mülki Aviasiya Baş İdarəsinin sədri Şeyx Həmud Mübarək Həmud əs-Sabah bildirib.
Qeyd olunub ki, bu addım hava nəqliyyatının mərhələli şəkildə bərpası planının bir hissəsidir. Eyni zamanda yaxın dövrdə hava limanında tam fəaliyyətin bərpa olunmasına hazırlıq xarakteri daşıyır.
Xatırladılıb ki, Küveyt fevralın 28-dən bölgədə cərəyan edən hadisələr səbəbindən hava məkanını müvəqqəti olaraq bağlamışdı. Bu qərar sərnişinlərin təhlükəsizliyinin təmin olunması və hava limanında əməliyyatların risklərdən qorunması məqsədilə qəbul edilmişdi.
Küveyt tərəfi hazırda hava hərəkətinin mərhələli şəkildə bərpasına başlayıb və bu istiqamətdə təhlükəsizlik standartlarına tam riayət olunacağını açıqlayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Aprel 2026 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















