Əl Şara: Suriya hökuməti ölkənin vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcək
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya ölkə içindəki qruplaşmaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.”
APA xəbər verir ki, bunu Suriyanın prezidenti Əhməd əl-Şara ölkənin qərbində baş verən hadisələrə münasibət bildirərkən deyib.
"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - Əl-Şaraa bildirib.
Qeyd edək ki, martın 6-da Laziqiyyə, Tartus və Homs vilayətlərində hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşma yaşanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 Mart 2025 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















