Icma.az
close
up
RU
Əl yandıran süni qiymətlər və üstəlik kassada aldadılan istehlakçılar... FOTO

Əl yandıran süni qiymətlər və üstəlik kassada aldadılan istehlakçılar... FOTO

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Supermarketlərdə qiymətlərin əl yandırmasına baxmayaraq, ticarət obyektləri hələ üstəlik vitrin və kassadakı qiymət fərqləri ilə də alıcıların cibinə girir. Diqqət yetirisək, görərik ki, vətəndaşlar sosial şəbəkələr ən çox bu barədə yazırlar. Amma onların bu şikayətlərinə reaksiya verən belə olmur.

Qeyd edək ki, alıcıların vitrin və kassa arasında qiymət fərqi ilə bağlı ən çox şikayət etdikləri supermarketlərdən biri və bəlkə də birincisi “Bravo” supermarketidir. Bu supermarketdəki qiymət fərqləri ilə bağlı sosial şəbəkələrdə hər gün yazırlar. Xüsusən də “Bravo” supermarketin malalarının reklam olunduğu səhifələrdə belə şikayətlər həddindən artıq çoxdur. Poliqon “Bravo” supermarketindən olan çox saylı şikayətlərin bəzilərini təqdim edərək qeyd edir ki, istahlakçıların hüquqlarının kobud şəkildə pozulmasına baxmayaraq, əlaqədər qurumlar sosial şəbəkələrdəki bu şikayət tipli paylaşımlara qətiyyən reaksiya vermirlər. Hər bir halda bu şikayətlərin araşdırılması və bu şikayətlərə əsaslanaraq supermarketlərdə reydlərin həyata keçirilməsi bu qurumların vəzifə borcudur.

Mövzunu Poliqon-un əməkdaşı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovla müzakirə edib.

Poliqona açıqlamasında son illərdə istehlakçıların aldadılmasının geniş yayıldığını qeyd edən Eyyub Hüseynov bildirib ki, vitrində malın qiymətinin aşağı, kassada isə yuxarı olması halları getdikcə artır: “Bu son 6 ildə Azərbaycanda geniş yayılmış istehlakçını aldatmaq məslələrindən biridir. Yəni vitrində malın qiymətinin aşağı, kassada isə yuxarı olması halları getdikcə artır. Hər həftə bu barədə “Azad İstehlakçılar Birliyi”nə çoxlu sayda telefon zəngi gəlir. Bu hal bütün marketlərdə mövcuddur.

Çox təəssüf ki, süni qiymət artımının qarşısını almaq üçün heç bir təşəbbüs göstərilmir. Çünki hökümətin istehlakçı siyasəti bərbad gündədir. Bu kimi hallar olanda onun kökünü qanunlarda axtarmaq lazımdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub, ondan sonra qanun dəyişməyib və ancaq zəifləyib. Bazar dəyişib, müasir texnologiyalar daxil olub və s. Lakin qanun dəyişməz qalıb. Hökümətin qanunu dəyişmək, yaxud da İstehlakçı siyasətini formalaşdırmaq niyyəti yox dərəcəsindədir.

İllər öncə 2009-cu ildə İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti yaradılanda biz çox sevindik. Düşündük ki, ən nəhayət belə bir dövlət xidməti yarandı. Bundan sonra sanki hökümət peşman oldu və qurum adını da dəyişdilər. Bir yaxşı cəhət o oldu ki, həmin qurum İqtisadiyyat Nazirliyinin daxilindən götürülüb, Prezident Administrasiyasına daxil olan bir quruma çevirilib. Yəni Prezident yanında Dövlət Antiinhisar və bazara nəzarət Dövlət Agentliyi yaradıldı. Lakin onlardan da çox şey gözləsək də, bu qurumub da istehlakçıların hüquqları barədə hələ ki, müsbət heç bir addım görmürük.

Ölkədə qiymətlərlə istehlakçılara zərər vurmaq, süni qiymət artımı məsələsi hələ də aktual qalır. Təkcə bu cür aldadılma yox, almadığı mal üçün İstehlakçıdan pul almaq məsələsi var. Yəni kassada çekə alıcının almadığı mal belə salınır və aşkarlandıqda bunu texniki səhv olaraq izah edirlər.

Məsələn bizə daxil olan son şikayətə görə, göyərti sayılan hissəsdə vətəndaş 86 qəpiyə badımcan alıb, qiyməti vuran isə 36 manata ekzotik meyvənin qiymətini yazıb. Kassada da onu yoxlayırlar və o qiymət alınır. Yəni bunu texniki səhv olaraq dəyərləndirmək mümkündür, amma belə halalr təkrarlanırsa, o zaman buna artıq texniki səhv deyə bilmərik.

Bütün hallarda İstehlakçıların hərəkət alqoritmi belə olmalıdırlar:

İstehlakçı qiyməti ödəməli və yetindəcə mağazanın müdirinə müraciət etməlidir. Qiyməti vitrində düzətməlidir və istehlakçıların hüququ var ki, taxçada gördüyü qiyməti ödəsin.

İstehlakçı əgər ictimai fəallıq göstərmək istəyirsə, həmin malın qiymətin telefonuna çəksin, saxlasın, sonra da Prezident yanında yaradılmış dövlət qurumuna materialları göndərsin. Çox təəssüf olsun ki, həmin qurumda istehlakçılarla əlaqə yaratmaq istəmirlər. Gərək onların elektron poçtlarına girəsən, o şəkilləri oraya yükləsəyən, göndərəsən, şikayət yazarsan və s.

Əgər hökumətin istehlakçılarla əlaqə qurmaq fikri varsa, buyursunlar onlarla əlaqə yaratmaq üçün daha asan komunikasiya imkanları yaratsınlar.

Təsadüfi deyil ki, 3 mart 2021-ci ildə Milli Məclisdə Ombutsmanın illik hesabatı dinlənilən zaman 101 səhvəlik insan hüquqlarına dair materialda bir kəlmə də olsun istehlakçı sözü yox idi. Bu da bizdə istahlakçı hüququ ilə bağlı vəziyyətin nə qədər ağır olduunun göstəricisidir.

Müəllim direktora müraciət edir və ondan cavab ala bilmirsə, bu Ombutsmanın hesabatına salınır ki, burada insanın hüququ pozulub. Ancaq gündə 10-100 minlərlə istehlakçıların hüquqları pozulur və istehlakçı hüququna insan haqlarının hüququ kimi baxılmır. Bu da bilərəkdən olur. Çünki ölkənin istehlakçı siyasəti yox dərəcəsindədir.

“Azad İstehlakçılar Birliyi”nə gələn şikayətlərə görə deyə bilərik ki, istehlakçılar almadıqları mallar üçün bir ildə 500 milyon manat pul ödəyirlər. Özümdən misal gətirirəm. Nizami küçəsində yerləşən “Qrandmart” supermarketində son bir ildə məni 100 manat dəyərində aldatmaq cəhdi olub.

Buna görə də, istehlakçılar diqqətli olmalıdır. Xüsusilə də, kartla ödənişdə çox aldatma olur. Buna görə də, kassa çekinə baxsınlar və dükandan çıxmamış başlarının çarəsinə baxsınlar. Bu çox ağır vəziyyətdir. Dövlət orqanları ilə istehlakçı arasında əlaqə yoxdur. Buna görə də, bu davam edir.

Birinci qanunlar dəyişməlidir. İkinci qanunlar icra edən dövlət orqanları normal işləməlidir. Onlar kabinetdən çıxıb əhali ilə sıx təmas yaratmalıdırlar”.

Qeyd edək ki, biz bu dəfə sosial şəbəkələrdə “Bravo” marketlər barədə şikayətləri araşdırdıq. Rastladığımız şikayətlərlə bağlı “Bravo Supermarket”dən ciddi-cəhdlə mövqe öyrənmək istəsək də, cəhdlərimiz uğursuz oldu.

Zəruri qeyd: Artıq uzun illərdir ki, Azərbaycanda supermarketlər müxtəlif mallara endirim tətbiq edib, istehlakçıların boynuna minnət qoymaqla məşğuldurlar. Ancaq heç kim bilmir ki, həmin endirimlər necə və hansı yolla edilir. Əslində isə görünən odur ki, bazara hakim olan bir neçə şirkət uydurma qiymətlər üzərindən “endirimlər” edirlər. Yəni əvvəl özləri qiyməti 50-60%, hətta bəzən daha çox qaldırıb, sonra satmaq istədikləri həddə qədər “endirimlərə” gedirlər.

Söhbət ondan gedir ki, 80 manatlıq malı 40 manata satmaq üçün ticarət obyektinin malın üzərinə qoyduğu hissədən endirim etməsi mümkün deyil və bu “endirim” artıq birbaşa maya dəyərinə təsir edir. Ya da bizim supermarketlərdə qiymətlər süni olaraq elə səviyəyə qaldırılır ki, sonradan bu “endirimləri” etmək mümkün olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see145

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see136

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see131

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see114

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri