Əla iş gördünüz, Bellinqem və hakim!
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Norveç millisinin DÇ-2026 ilə vidalaşmasından sonra Erlinq Haalandın atası Alf-İnqe Haaland hakim idarəçiliyini sərt tənqid edib.
QOL.az xəbər verir ki, o, İngiltərəyə məğlubiyyətdən sonra sosial şəbəkədə paylaşım edərək matçın nəticəsinə münasibət bildirib. O, paylaşımında "Əla iş gördünüz, Bellinqem və Hakim!"- deyə qeyd edib.
Bu paylaşımla o, Norveç millisinin məğlubiyyətində əsas rolun hakim qərarlarına aid olduğunu düşündüyünü açıq şəkildə ifadə edib.
Qeyd edək ki, oyunun ən mübahisəli epizodlarından biri Cud Bellinqemin qollarından əvvəl yaşanıb. Bir çox azarkeş və futbol mütəxəssisi Norveç qapıçısı Örjan Nyland topu uzaqlaşdırarkən onun stadionun üzərində yerləşən kabelə toxunduğunu iddia etsə də, hakim oyunu dayandırmayıb. Daha sonra FİFA açıqlama yayaraq topun daxilində yerləşdirilən sensorun kabelə təmas qeydə almadığını bildirib.
Baxış sayı:81
Bu xəbər 12 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















