Ələsgər Məmmədli və digərlərinə əlavə ittihamlar verildi
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittihamlar verilib.
Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya vəkil Rəsul Cəfərov məlumat verib.
Təsisçi Ələsgər Məmmədli də daxil olmaqla, təqsirləndirilən şəxslərin hamısına 6 maddə ilə yekun ittiham elan edilib.
Bunlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir.
Eyni ittihamlar iş üzrə başqa təqsirləndirilənlərə - Ruslan İzzətli, Akif Qurbanov və digərlərinə də aiddir.
Bu maddələrin sanksiya həddində 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















