Icma.az
close
up
RU
Əlcəzair qəbul edilən qanun Fransanın müstəmləkəçilik siyasətinə qarşı hüquqi proseslərə çox güclü təkan verə bilər

Əlcəzair qəbul edilən qanun Fransanın müstəmləkəçilik siyasətinə qarşı hüquqi proseslərə çox güclü təkan verə bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Əlcəzair Xalq Milli Assambleyası Fransanın XIX-XX əsrlərdəki müstəmləkəçilik siyasətinin cinayət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir. Qanun layihəsi üzrə səsvermə dekabrın 24-nə planlaşdırılıb. Qanun layihəsində qeyd olunur ki, Fransanın Əlcəzairi 14 iyun 1830-cu ildə başlayan təcavüzdən 5 iyul 1962-ci ilədək koloniyalaşdırması, həmçinin bu tarixdən sonra da davam edən birbaşa və dolayı nəticələr cinayət hesab edilməlidir.Bu qanun layihəsi Afrikada Fransaya qarşı "tarixi cəza dalğası"na çevrilə bilərmi?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, Fransanın müstəmləkəçilik siyasəti dünyada bəşəriyyət üçün, insanlıq üçün ümumilikdə dünya üçün bir qara ləkədir: “Bu gün insan hüquq və azadlıqlarından, demokratiyadan, digər avazı xoş gələn dəyərlərdən dəm vuran Fransa unutmamalıdır ki, onun keçmişində belə bir qara ləkə var. Çox təəssüflər olsun ki, bu qara ləkəni Fransa hələ də qəbul etmək istəmir. Müxtəlif regionlarda, dünyanın bütün qitələrinə yayılan Fransa müstəmləkələrində törədilmiş cinayətlər bu gün bütün dünyada səsləndirilir. Zaman-zaman, ayrı-ayrı beynəlxalq platformalarda biz Fransa dövlətinə qarşı konkret faktlarla tutarlı arqumentlərlə belə ağır cinayətlərin törədilməsi ilə bağlı ittihamların şahidi oluruq. Sanki Fransa dövləti, Fransaya rəhbərlik edən mövcud Emmanuel Makron administrasiyası görməzdən və eşitməzdən gəlir. Onlar bunu süni şəkildə edə bilərlər. Yəni bunu görməzdən eşitməzdən gələ bilərlər. Amma bu qara ləkənin təmizlənməsi istiqamətində Fransa dövləti ilk öncə bu ittihamları qəbul etməlidir. Bu, real, ədalətli və konkret sübutlarla təqdim olunan ittihamları qəbul etməlidir. Afrikada törədilən cinayətlər, Əlcəzairə 1,5 milyonluq şəhid ölkəsi statusunu məhz Fransa verib. Əlcəzair, 1830-1962-ci illərdə bir əsr yarıma yaxın müddət ərzində Fransanın müstəmləkəçiliyində məcburən saxlanılması dönəmində 10 milyondan artıq əlcəzairlinin həyatı məhv edilib. Onlar vəhşicəsinə öldürülüb. Buna qarşı Fransada Sena çayında etirazlar edən, Fransanı hüquqa, qanuna dəvət edən 1500-ə qədər əlcəzairlinin öldürülərək vəhşicəsinə Sena çayına atılması ondan xəbər verir ki, Fransa dövləti bunu qəbul etmək istəmir. Ruandada törədilən vəhşiliklər dünyanın müxtəlif ölkələrində bu gün də məcburən XXI əsrdə müstəmləkə gözü ilə baxdığı müxtəlif Yeni Kaledoniya, Korsika, Qəmər adalarındakı Mayot adası, Fransız Qvineyası, Fransız Polneziyası, Qvadelupe və digər okean aşırı ərazilərdə Fransa öz cinayətlərini davam etdirir.

Zaman-zaman bu ölkələrdə insanlar müstəqillikləri uğrunda, müstəmləkəçilik buxovundan çıxmaq istiqamətində atdığı addımları Fransa tərəfi silahla, atla, itlə dəyənəklə qarşılayır. Bu da ondan xəbər verir ki, Fransa məcburi şəkildə bu prosesdən imtina etməlidir. Ona görə də bu gün Afrikada Fransaya qarşı üsyanlar var. Fransanın, ümumiyyətlə, Afrikadan çıxarılması ilə bağlı prosesin şahidiyik. Təbii ki, okean aşırı ərazilərdə də bunun zaman-zaman şahidi oluruq”.

Xəyal Bəşirov

Politoloq hesab edir ki, Fransa tərəfinə qarşı bu məsələlər sivil yolla, qanuni yolla həllini tapmalıdır: “Bu gün məsələnin müzakirə edilməsi, Əlcəzair parlamentinin bu məsələni müzakirəyə çıxarması ondan xəbər verir ki, artıq hüquqi müstəviyə qədəm qoyub”.

Xəyal Bəşirov hesab edir ki, Azərbaycan dövlətinin də bu prosesdə böyük rolu var: “Azərbaycan həmişə haqqın, ədalətin, hüququn yanında olub, insanların hüquq və azadlıqlarının tərəfdarı kimi addımlar atıb. Bu səbəbdən Qoşulmama Hərəkatı çərçivəsində dörd ilə yaxın bir müddət ərzində bu proseslərlə bağlı addımlarımızı atdıq, bu prosesə töhfəmizi verdik. İndi də Bakı Təşəbbüs Qrupu vasitəsilə zaman-zaman bu addımları atırıq. Həmin o insanlara, hansı ki, sivil qaydada öz mövqelərini, öz hüquqlarını, öz azadlıqlarını dilə gətirirlər, onlara platforma veririk ki, dünya onları eşitsin. Əgər onlar haqlıdırlarsa, - biz çox gözəl bilirik, onlar haqlıdırlar - onların haqq səsinə dünya səs versin. Çox təəssüflər olsun ki, hələ də onların haqq səsinə səs verənlər kifayət qədər deyil”.

Politoloq qeyd edib ki, Əlcəzairdə baş verən bu proseslər Fransanın müstəmləkəçilik siyasətinə qarşı olan prosesə çox güclü təkan, müsbət təsir göstərə bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri