Icma.az
close
up
RU
Əlcəzairdə Gənclərin İnkişafı və Gələcəyə Hazırlıq mövzusunda 13 cü forum keçirilib FOTO

Əlcəzairdə Gənclərin İnkişafı və Gələcəyə Hazırlıq mövzusunda 13 cü forum keçirilib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İslam İnkişaf Bankı Əlcəzairdə işinə başlayan ənənəvi illik toplantısı çərçivəsində "Gənclərin İnkişafı və Gələcəyə Hazırlıq: Gənclərin işlə təminatı ilə bağlı məsələlərin həlli yolları" mövzusunda 13-cü forum keçirilib.

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, toplantıda İslam İnkişaf Bankına üzv ölkələrin əmək nazirləri, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə İslam İnkişaf Bankına üzv ölkələrdə gənclərin qarşılaşdığı işsizlik, eləcə də əmək bazarının məhdud olması kimi problemlərdən danışılıb.

İslam İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti Rami Ahmad bildirib ki, gənclərin işsizlik probleminin həlli ilk növbədə İslam İnkişaf Bankına üzv dövlətlərdə təhsil sahəsində islahatların aparılması, təhsil proqramlarının uzunmüddətli inkişafa uyğunlaşdırılmasından keçir:

"Bu məqsədlə hazırlanmış proqramlar çərçivəsində 2022-ci ildə Tunis, Nigeriya və Seneqalda bir sıra layihələr həyata keçirilib. Bizim sıx və dayanıqlı əməkdaşlığa ehtiyacımız var. Gənclər bu prosesdə təşəbbüskar tərəf olmalıdır. Məqsədimiz təkcə iş yerlərinin yaradılması deyil, həm də üzv ölkələrdə dayanıqlı inkişafa və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Bu gün yoxsulluq şəraitində yaşayan ölkələrin əksəriyyəti İslam dünyasına aiddir. Biz bu tendensiyanı aradan qaldırmalıyıq".

Əlcəzairin gənclər naziri Mustafa Hidaoui isə dünyanın yaranmış yeni şərtlərə uyğunlaşmalı olduğuna diqqət çəkib.

O deyib ki, ölkəsində gənclərin cəmiyyətdəki rolu Konstitusiyada təsbit olunub.

Nazirin sözlərinə görə, xüsusilə İslam İnkişaf Bankına üzv dövlətlər gənclərin cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması üçün tədbirlər görməlidir:

"Bu gün gənclərin ictimai rolunun artırılması üçün kifayət qədər alətlər mövcuddur. İqtisadi dinamikanı təmin etmək üçün müxtəlif sektorlarda gənclərin təşəbbüslərinə geniş yer verilməlidir. Ölkəmizdə ekosistemin qorunması sahəsində müxtəlif həll yolları düşünülür. Ayrı-ayrı ölkələr öz resurslarından gənclər üçün yeni imkanların yaradılması məqsədilə istifadə etməlidir".

Əlcəzairin peşə təlimi və təhsil naziri Yasine El Mahdi Oualid isə son illərdə texnoloji yeniliklərin inkişafı, xüsusilə də "ChatGPT" kimi süni intellekt alətləri bir sıra peşələrin sıradan çıxmasına səbəb olduğunu, bu amilin qlobal səviyyədə işsizlik problemini daha da dərinləşdirdiyini deyib.

O, ölkəsində gənclərin məşğulluğunun təminatı və startap layihələrinə dəstək məqsədilə 5 il əvvəl Peşə Təlimi və Təhsil Nazirliyinin yaradıldığını söyləyib:

"Nazirlik gənclərin dövlət idarəçiliyində iştirakının təmin olunması məqsədilə layihələr hazırlamağa başlayıb. Biz gördük ki, hökumət idarəçiləri gəncləşdikcə risklər də əhəmiyyətli dərəcədə azalır. Ölkəmiz yaşlı nəslin təcrübəsinə önəm verir, lakin gənclər qərarların qəbul edilməsində daha operativdirlər. Bu gün Əlcəzair hökumətində təmsil olunanların yaş həddi 40 yaşdan aşağıdır. Bu, çox cəsarətli addım olsa da özünü doğruldub. Təhsil insanı təkcə əmək prosesinə hazırlamalı deyil, eyni zamanda onlara sosial və mədəni dəyərlərin aşılanmasına yardım etməlidir. Dünya Bankının son açıqlamasına görə, təhsil sektoruna dövlət maliyyəsinin hər il 10 faiz artırılması 6,5 faiz həcmində iqtisadi artımı təmin edir. Bu amilə ciddi şəkildə diqqət yetirilməlidir".

Forum panel müzakirələrlə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri