Icma.az
close
up
RU
Əlcəzairdə təqdimat: “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”

Əlcəzairdə təqdimat: “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrinin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtında təqdimat mərasimi keçirilib.

Mərasimdə ölkə rəsmiləri, Əlcəzairdə akkreditə olunan xarici ölkələrin səfirləri və diplomatları, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri Tural Rzayev, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, akademik Nərgiz Axundova və başqaları “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının əhəmiyyətindən danışaraq bildiriblər ki, kitabda Vətən müharibəsində qazanılan Şanlı Qələbə və bu Qələbənin memarı olan Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti və şəxsiyyət faktoru öz əksini tapıb.

Qeyd edilib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq 10 dildə nəşr edilib və dünyanın bir sıra ölkələrində təqdimatı keçirilib. Mərasimdə qonaqlara Azərbaycan, işğaldan azad edilən torpaqlarımız, bu ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri haqqında film nümayiş etdirildi.

Qonaqlar üçün Azərbaycan milli musiqisi səsləndirilib və sonda ziyafət təşkil edilib. Qeyd edilməlidir ki, kitabın təqdimat mərasimi haqqında məqalə və xəbərlər Əlcəzairin kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılıb.

Nigar

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri