Icma.az
close
up
RU
Əlcəzairin Makronun məktubuna sərt cavabı: Ölkə təzyiqlərə boyun əyməyəcək TƏHLİL

Əlcəzairin Makronun məktubuna sərt cavabı: Ölkə təzyiqlərə boyun əyməyəcək TƏHLİL

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 8 avqust, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun avqustun 6-da Baş nazir Fransua Bayrouya ünvanladığı məktub Paris və Əlcəzair arasında diplomatik gərginliyi daha da artırdı. Fransanın dövlət başçısı bu sənəddə Əlcəzair diplomatları üçün vizasız rejimin dayandırılmasını tələb etməklə, münasibətlərdə yeni bir sərtlik mərhələsinə keçdiyini nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu addıma cavab olaraq Əlcəzair Xarici İşlər Nazirliyi (XİN) rəsmi bəyanat yayaraq, Fransanı böhranın əsas səbəbkarı kimi göstərdi və öz mövqeyini aydın şəkildə ortaya qoydu.

Əlcəzair diplomatiyası bəyan edir ki, Makronun məktubunda Fransa öz məsuliyyətindən tam şəkildə yayınaraq bütün günahı Əlcəzairin üzərinə atır. “Bu, nə həqiqətə, nə də reallığa uyğundur,” – deyə nazirlik bildirir. Əlcəzair tərəfi vurğulayır ki, yaranmış hər bir diplomatik gərginlik mərhələsində onların addımları beynəlxalq hüquqa və “qarşılıqlılıq prinsipinə” uyğun olub.

XİN-in bəyanatında, həmçinin qeyd olunur ki, Fransa özünü ikitərəfli və beynəlxalq öhdəliklərə riayət edən dövlət kimi təqdim etməyə çalışsa da, əslində, 1968-ci, 1974-cü və 2013-cü illərdə imzalanmış Fransa-Əlcəzair sazişlərini pozan tərəf məhz Fransadır.

Əlcəzair qəti şəkildə bəyan edir ki, ölkə heç bir formada təzyiqə, hədə-qorxuya və ya şantaja boyun əyməyəcək. Nazirliyin fikrincə, Fransanın məqsədi qanuni əsas olmadan Əlcəzair vətəndaşlarını ölkədən çıxarmaq və onların hüquqi müdafiə imkanlarını məhdudlaşdırmaq olub. Bəyanatda qeyd olunur ki, Fransa ilk gündən böhranı “güc münasibətləri” formatında idarə edib – göstərişlər, ultimatumlar və birtərəfli tələblərlə. Bu isə ikitərəfli münasibətlərə zərbə vurur.

Makronun 2013-cü ildəki viza azadolma sazişini dayandırması fonunda Əlcəzair diplomatiyası xatırladır ki, bu sazişin təşəbbüskarı Fransa olub. İndi isə Paris bu razılaşmanı birtərəfli şəkildə dayandıraraq Əlcəzairə qarşı diplomatik təzyiq vasitəsinə çevirib. Əlcəzair isə bu qərarı “uyğun fürsət” adlandıraraq, eyni sazişdən çıxmaq və fransız diplomatlara da viza tətbiq etmək qərarını elan edib. Bundan sonra Fransa diplomatlarının Əlcəzairə giriş şərtləri Parisin Əlcəzair diplomatlarına qoyduğu şərtlərlə eyni olacaq.

Əlcəzair hökuməti, həmçinin Fransa ilə mübahisəli məsələlərin yalnız diplomatik yollarla həll olunmasını dəstəklədiyini bildirir. Fransa tərəfindən irəli sürülən narahatlıqlarla yanaşı, Əlcəzair də öz gündəmini və problemlərini Fransa tərəfinə çatdırmaq niyyətindədir. Fransanın viza-rədd və readmissiya mexanizmini yenidən işə salmaq istəyi isə Əlcəzair tərəfindən ciddi şəkildə tənqid olunur. XİN bildirir ki, bu tədbir həm 1968-ci il sazişinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Əlcəzair Fransadakı vətəndaşlarının hüquqlarını qorumaq üçün konsulluq dəstəyini davam etdirəcəyini və hüquqi müdafiəni gücləndirəcəyini qeyd edir.

Əlcəzairin cavabı Fransa ilə münasibətlərdəki tarazlığı qorumaq və ölkəsinin beynəlxalq nüfuzunu müdafiə etmək məqsədi daşıyır. Makronun sərtləşən mövqeyinə qarşı Əlcəzair eyni dərəcədə prinsipial və hüquqi əsaslı cavab verir. İndi diqqətlər iki ölkənin qarşıdakı aylarda atacağı addımlara yönəlib. Əməkdaşlığa doğru yeni bir səhifə açılacaq, yoxsa qarşılıqlı sanksiyaların dövrü başlayacaq? Bunu zaman göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri