Icma.az
close
up
RU
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” ƏLİ MÜRSƏLOĞLU

“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” ƏLİ MÜRSƏLOĞLU

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günüdür.

Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Gununsesi.info -ya danışan mərhum prezidentin köməkçisi Əli Mürsəloğlu bu günün onun üçün əlamətdar olduğunu bildirib:

“Hər il olduğu kimi, bu il də bəyi ziyarətə gedəcəm. Onun vətən sevgisi, vətən uğrunda mübarizəsi mənim üçün böyük örnəkdir. Elçibəyin sadəliyi, xalqla ünsiyyəti və millətinə inamı unudulmazdır. O, yalnız siyasi lider deyil, həm də ideoloji sima idi. Millətini sevən və sonadək onun yanında olan bir şəxsiyyət kimi yadda qaldı. Bizim borcumuz onun ideallarını yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

Elçibəyin ən böyük arzusu Azərbaycanın tam müstəqil, azad və demokratik bir dövlət kimi möhkəmlənməsi idi. O, milli kimlik, dil və mədəniyyət məsələlərinə xüsusi önəm verirdi. Həyatı və mübarizəsi bugünkü gənclər üçün bir örnək, ilham mənbəyidir. Onun adı Azərbaycan tarixində mübariz, qürurlu və əqidəli lider kimi həmişə hörmətlə xatırlanacaq.

Elçibəyin ideologiyasının əsasında bütöv Azərbaycan və xalqına sevgi dayanırdı. O, xalq üçün fədakarlığı hər şeydən üstün tuturdu. Həmişə Azərbaycanı vahid, parçalanmaz bir dövlət kimi görmək istəyirdi. Müstəqil Azərbaycanın bünövrəsini qoyurdu və bu yolda yorulmadan çalışırdı. Onun ən böyük arzularından biri Türk dünyasını bir görmək, Güneyli-Quzeyli Bütöv Azərbaycan yaratmaq idi.

Əgər Elçibəy bu gün sağ olsaydı, Qarabağın azad olunmasına, o torpaqlara qayıdışımıza sonsuz sevinc və qürurla yanaşardı. Onun ruhu bu zəfərlə yaşayır, idealları isə bu gün də davam etdirilir. Bəy bizim üçün çox böyük bir şəxsiyyət olub. Onun qoyub getdiyi yolun yolçularıyıq və ideyaları bu gün də yaşayır.”

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyun 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see211

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see165

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see163

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see147

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see138

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri