Icma.az
close
up
RU
Elçibəyi KQB yə hansı dostları satıb? Siyahıdakı adlar bəllidir KONKRET

Elçibəyi KQB yə hansı dostları satıb? Siyahıdakı adlar bəllidir KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin sovet dövründəki fəaliyyəti ilə bağlı indiyədək müxtəlif faktlar açıqlanıb. Belə ki, onun universitetdə müəllim işlədiyi dövrdə auditoriyalarda tələbələr qarşısında, eləcə də müxtəlif məkanlarda antisovet təbliğatı apardığı barədə uzun illərdir danışılır. Əbülfəz Elçibəy özü də sağlığında bu məsələlərlə bağlı müəyyən açıqlamalar verib. Hətta 1991-1992-ci illərdə Ədalət Tahirzadənin hazırladığı “Bu mənim telimdir” kitabında da Elçibəyin həyatı və həmin dövrdəki fəaliyyəti barədə geniş məlumat yer alıb.

KONKRET.az xəbər verir ki, ümummilli lider, mərhum prezident Heydər Əliyev də təxminən 30 il əvvəl çıxışlarının birində Əbülfəz Elçibəyin o zamankı fəaliyyəti ilə bağlı diqqətçəkən məqamlara toxunub. Heydər Əliyev bildirib ki, sovet vaxtı Elçibəyin həbsi məsələsi gündəmə gələndə o, buna mane olub və göstəriş verib ki, Əbülfəz Əliyev həbs olunmasın. Həmçinin qeyd edib ki, Elçibəy haqqında məlumatları, donosları onun işlədiyi Bakı Dövlət Universitetində və Elmlər Akademiyasındakı bəzi dostları təqdim edib, yəni onu yaxın çevrəsindən olan şəxslər satıb.

Bu məsələ illərdir mətbuatda və ictimai müzakirələrdə zaman-zaman yenidən gündəmə gətirilir. Mərhum deputat Fəzail Ağamalı da müxtəlif vaxtlarda öz açıqlamalarında həmin dövrlə bağlı müəyyən məqamlara toxunub. Bu baxımdan onun Globalinfo.az-a 12.05.2025 tarixli müsahibəsində Elçibəylə bağlı səsləndirdiyi fikirlər də diqqət çəkir.

Sitat: “Elçibəylə bağlı hadisələrin birbaşa şahidi olmuşam. Onun istintaqı və məhkəməsi ilə bağlı Heydər Əliyevin verdiyi tapşırıqlarla əlaqədar olaraq dövlət ittihamçısından dəqiq məlumatlar aldım. Elçibəyə 10 il həbs cəzası veriləcəyi gözlənilirdi. Hətta mənim də həbs olunacağımı, onun sürgün ediləcəyini söyləmişdilər. Lakin nəticədə Elçibəyə cəmi 1 il 6 ay iş verildi. Tələbələri və yaxın ətrafı isə sərbəst buraxıldı. Elçibəy Qaradağdakı həbsxanada cəza müddətini başa vurduqdan sonra azadlığa çıxdı. Beləliklə, Heydər Əliyev o zaman həm Elçibəyi, həm də onlarla gəncin həyatını xilas etmişdi”.

İndiyə kimi heç kim Əbülfəz Elçibəyi kimin satdığına dair açıq etiraf etməyib. Amma ictimaiyyət üçün hələ də maraq doğuran əsas suallardan biri həmin dövrdə Elçibəyin yaxın ətrafında olan şəxslərdən kimlərin KQB-yə məlumat ötürməsi məsələsidir. Yəqin ki, arxivlərdə bəzi şəxslərin yaddaşında bu faktlar hələ də qalır…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 May 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri