Icma.az
close
up
RU
Elçibəyi silahdaşları satdı: Prezidentin qiyamçı polkovniklə 2 saatlıq görüşündən sonra şok yaşanıb

Elçibəyi silahdaşları satdı: Prezidentin qiyamçı polkovniklə 2 saatlıq görüşündən sonra şok yaşanıb

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan tarixində ən qalmaqallı təqvimlərdən biri 4 iyundur. 1993-cü ilin bu günü Gəncədə hərbi qiyam baş verib. Polkovnik Surət Hüseynova bağlı hərbi hissə legitim hökumətə qarşı hərbi qiyam qaldırıb, tabesizlik göstərib.

32 il öncə baş verən bu hadisə hər il eyni tarixdə yad edilir, müzakirələr aparılır. Hələ indiyə kimi nə ovaxtkı hakimiyyət mənsubları, nə də AXC hökumətinə müxalifətdə olmuş qüvvələr həqiqəti söyləmir. Bundan açıq şəkildə yayınırlar. Çünki həqiqəti söyləmək üçün cəsarət lazımdır. Bu məsələdə cəsarət nümayiş etdirmək isə görünür onlara sərf etmir.

4 iyun hadisələri qəfil baş vermədi. Buna doğru uzun yol keçilmişdi. Surət Hüseynov Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, baş nazirin müavini vəzifələrini tuturdu. O, ciddi şəkildə təbliğ olunurdu. Bu təbliğat onun “şişməsinə”  səbəb olmuşdu. Üstəlik, iddialar var ki, o və ətrafı Rusiya ilə gizli-aşkar əlaqələr quraraq hakimiyyətə can atırdı. Surət Hüseynovun Rusiyanın (SSRİ-nin) Gəncədə yerləşmiş 104-cü hava-desant diviziyasının komandiri general Valeri Şerbakla intensiv əlaqədə olduğu haqda indiyədək çox deyilib, yazılıb. Bunu özü də etiraf edib.

AXC hökuməti ilə Surətin ilk açıq fikir və mövqe toqquşması 1993-cü ilin əvvəlində yaşandı. AXC İcraiyyə Komitəsinin 9 fevral bəyanatı suları daha da bulandırdı, vəziyyəti bir qədər də gərginləşdirdi. Sözügedən bəyanatda Surət Hüseynov açıq şəkildə xəyanətdə ittiham edilirdi. AXC İK-nin o vaxtkı sədri Fərəc Quliyev Xalq Cəbhəsinin mərkəzi qərargahı qarşısında keçirilən mitinqdə bəyanatı oxudu. İctimaiyyət çaşqın vəziyyətdə prosesləri izləyirdi. Prezidentin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, baş nazirin müavini, ən əsası Milli Qəhrəman fəxri adını daşıyan Surət Hüseynov xəyanətkar və antimilli ünsür elan edilmişdi.

Ardınca nə baş verdi? Elçibəy hökuməti bu bəyanatı geri oxudu. Surət Hüseynov Bakıya dəvət edildi. Prezident Əbülfəz Elçibəy onu qəbul etdi. 2 saatdan çox aralarında danışıq aparıldı. Hər kəs Surətin həbs ediləcəyini gözləyərkən, o, mükafatlandırıldı: yeni yaradılan yun konserninin rəhbəri təyin edildi. Təsəvvür edin, hökumətin nüvəsini təşkil edən, prezident Elçibəyin sədri olduğu AXC-nin xəyanətkar elan etdiyi bir qiyamçı elə prezident tərəfindən ödülləndirildi. İctimaiyyət bu addımı AXC iqtidarının cəsarətsizliyi və səriştəsizliyi kimi qiymətləndirdi. Amma hakimiyyət ideoloqları bu addımı Surət Hüseynovun neytrallaşdırılması və dövlətin vaxt udması kimi təqdim etdi. O, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilmişdi. Silahlı Qüvvələrdəki mövqeyi zəifləmişdi. Amma nəzarətində hərbi hissə qalırdı. Bu da dövrün bir başqa anormallığı kimi tarixə düşüb, yəqin ki…

Zaman göstərdi ki, bu təyinat Surət Hüseynovu cəsarətləndirdi, gücləndirdi, əl-qolunu açdı. O və ətrafı daha da ürəkləndi. 3 ay sonra – iyunun 4-də qiyama qalxdılar!

AXC iqtidarının ən yüksək vəzifələrində təmsil olunmuş şəxslər 32 ildir bu hadisəyə elə don geyindirirlər, sanki qarşısını almaq mümkün olmaz imiş. Rusiya belə gəldi, İran elə getdi, Qərb belə etdi və sair bəhanə və özünə haqq qazandırmalar… Sadəcə Elçibəy hökuməti bir az cəsarətli tərpənsə idi, 4 iyun qiyamı baş verməyəcəkdi! Bu qiyamın nəticəsi olaraq rayonlar işğal edilməyəcəkdi! Yüz minlərlə azərbaycanlı doğma torpağından didərgin düşməyəcəkdi! Nəhayət, Qarabağ 30 ilə yaxın işğalda qalmayacaqdı!

Əslində, qiyam 1993-cü ilin fevral ayında öz hədəfinə çatmışdı. Elçibəy Surəti qəbul edib, mükafatlandırdığı gün məsələ bitmişdi.

Yeri gəlmişkən, 4 iyun qiyamının ən dəhşətli yanlarından biri də Elçibəy hökumətinin yüksək rütbəli məmurlarının Gəncədə qiyamçılar tərəfindən girov götürülməsidir. Bu haqda ötən ilin bu günü yazmışdım. Dövlət binasında ölkənin baş prokuroru, daxili işlər nazirinin müavini, milli təhlükəsizlik nazirinin 1-ci müavini, kənd təsərrüfatı naziri, Daxili Qoşunların komandanı, Bələdiyyə polisinin rəisi, Üçüncü Korpus komandiri mühasirəyə alınaraq girov götürülür. Heç bir müqavimət göstərilmədən bu adamlar Surətin başıpozuq dəstəsi tərəfindən ovlanırlar. Qiyamçılar Baş prokurorun başına silah dirəyib, Prezident Əbülfəz Elçibəyin həbsinə dair order imzaladırlar.

Hadisənin faciəvi yanı Gəncədə Prezident Qvardiyasının gənc əsgər və zabitlərinin, eləcə də komandan Tahir Məmmədovun Surətin qiyamçıları tərəfindən avtobusda gülləbaran edilmələri idi.

Qiyamçıların yanında kimlər vardı bəs? Elçibəyin devrilməsini, qanuni hökumətin zor gücünə yıxılmasına çalışanlar kimlər idi? Elçibəyin ən yaxın silahdaşı olmuş şəxslər! Etibar Məmmədov, Nemət Pənahlı, Rəhim Qazıyev, Zərdüşt Əlizadə və digərləri bir vaxtlar milli azadlıq hərəkatı və Xalq Cəbhəsi sıralarında Əbülfəz Elçibəylə birlikdə demokratiya və müstəqillik uğrunda mübarizə aparıblar. Təəssüf ki, Surət Hüseynovun vasitəsilə hakimiyyətə gəlmək üçün ən ağır əmələ əl atdılar. Elçibəy hakimiyyətinə qarşı silahlı qiyamçılarla eyni sırada dövlətə qarşı çıxdılar. İtirən isə həm özləri oldu, həm Azərbaycan…

Əbülfəz Elçibəyin israrla Heydər Əliyevi Bakıya, hakimiyyətə dəvət etməsi revanşistlərin planlarını alt-üst etdi. Heydər Əliyevin təcrübəsi, xalq tərəfindən böyük miqyasda dəstəklənməsi, cəmiyyətə təsir imkanlarının genişliyi bu siyasət həvəskarlarını proseslərdən tez bir zamanda uzaqlaşdırdı. Qiyam yatırıldı, vətəndaş müharibəsinin qarşısı alındı.

Heydər Əliyev ardınca cənub bölgəsində Ələkrəm Hümbətovun növbəti qiyamını yatırdı. Şimal bölgəsində isə “Sadval” Azərbaycanı bölmək üçün təşkilatlanmışdı. Rusiya xüsusi xidmət orqanlarının və Kremlin təlimatı ilə yaradılan “Sadval” da böyük məharətlə zərərsizləşdirildi.

İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev sürətlə ölkəni toparlamağa çalışdı. Bu dəfə ona qarşı siyasi qiyamı AXC etdi: Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə paytaxt Bakını tərk edərək Kələkiyə üz tutdu. Onun bu addımı ölkəni, hakimiyyəti iflic duruma salmışdı. Ardından AXC tərəfdarları Surət Hüseynova qarşı yox, Heydər Əliyevə qarşı təşkilatlandı. Bu isə olduqca yanlış addım idi. Elçibəyin hökumətdəki bütün adamları vəzifələrini dondurduqlarını bəyan etdilər. Heydər Əliyev Qarabağda ermənilərlə, Bakıda hərbi və siyasi qiyamçılarla baş-başa qalmışdı. “Vəzifə dondurucular” bir-bir, iki-bir Kələkiyə, Rusiyaya, Türkiyəyə və başqa səmtlərə qaçdı. Qiyamçılardan qorxub qaçmayan bir İsa Qəmbər qalmışdı, bir də 7-8 deputat, o qədər də qəzet. Qalan hər kəs müxtəlif bəhanələrlə aradan çıxmışdı. 

Hələ də bir məqamı məntiqlə dərk etməkdə çətinlik çəkirəm: AXC ona qarşı qiyam edən Surət Hüseynova qarşı yox, xahişlə, minnətlə Bakıya dəvət etdiyi Heydər Əliyevə qarşı tez bir zamanda müxalifətə keçdi. Əslində H.Əliyev onları ölümdən, terrordan, güllələnməkdən xilas etmişdi. Surət Hüseynova qalmış olsaydı, o, cəbhəçiləri lideri ilə birlikdə öldürərdi. Bunun anonsunu Gəncədə olanda vermişdi. Açıq şəkildə demişdi ki, Azadlıq meydanında dar ağacı quracaq, bütün cənhəçiləri, hakimiyyət təmsilçilərini asacaq! Onu bu fikirdən daşındıran Heydər Əliyev oldu.

Azər AyxanGlobalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri