Icma.az
close
up
RU
Elçin bu tədbiri sentyabra saxladı, vədələşdik...

Elçin bu tədbiri sentyabra saxladı, vədələşdik...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ölüm gözlə qaş arasındadır”, nahaq deməyiblər. Əvvəllər tez-tez zəngləşirdik. İstanbulda əməliyyat olunduğunu biləndən sonra daha çox mən zəng vurur, sağlamlıq durumunu soruşur, ürək-dirək verirdim. Rahatsızlığını gizlətmirdi. Sonuncu dəfə Milli Teatrda hazırlanan “Baş” tamaşası haqqında danışdıq, “tezliklə görüşərik” dedim. “İstidir, dostların çoxu Bakıda deyil, tamaşanın təqdimat baxışını sentyabra saxladıq…” dedi. “Sentyabrda görüşərik!” - deyib vidalaşdıq.

Görüşəcəyik, şübhəsiz, Elçinin yeni tamaşası və əziz, unudulmaz xatirəsi ilə…

Elçin ədəbiyyatımızın, ictimai düşüncəmizin parlaq, təkratsız simalarından biri kimi daim yaşayacaqdır.

İki il öncə əziz dostum haqqında yazdığım bu yazını onu sevənlərə xatırladıram. Ruhu şad olsun.

***

Görüşlərimizin birində Azərbaycan ədəbiyyatı tarixində ləyaqətli yer tutan xalq yazıçısı Elçin "ağlagəlməz işdir. Adam heç inana bilmir ki, tanıdığın cavan Anar gəlib 80-ə çatıb. Mən də 75-in qapısını döyürəm. Bu illər necə keçdi, anlamaq olmur", - deyə zamanın amansızlığına heyrətini bildirdi.

Hamımızın yaşadığımız hisslərdir. Yaşla barışmaq çətindir. Di gəl, elə adamlar var ki, onlar aylarla, illərlə davam edən ağır yaradıcılıq zəhməti içində ömrün necə gəlib keçdiyini, doğrudan da, hiss edə bilmirlər. Onların zaman ölçüləri illər deyil, əsrlərdir.

Mənim 80 ilin 55 ilində Elçini Azərbaycan cəmiyyətinin daim üzdə olan şəxsiyyətlərindən biri kimi müşahidə etmək imkanım olub. Biz birinci kursa gələndə universiteti qurtarmağa hazırlaşan tələbə Elçindən Azərbaycan Respublikasının Baş nazirinin müavini Elçinədək keçdiyi və daim yüksəldiyi həyat yolu gözümün qabağındadır. Bu illər ərzində o, bir yazıçı kimi Azərbaycanda və ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda tanınıb, müxtəlif dünya dillərində onlarla kitabı nəşr edilib; Azərbaycan teatrları səhnəsində bir-birindən dəyərli və günümüzün aktual problemlərinə toxunan pyesləri tamaşaya qoyulub; ədəbiyyatşünaslıq sahəsində bənzərsiz mövqeyi ilə seçilən və cəsarətli elmi axtarışları ilə örnək sayıla bilən elmi əsərlərini yazıb; esseləri mətbuat səhifəsindən düşməyib; uşaq hekayələri və nağılları ilə uşaq ədəbiyyatımızın çox da qədim olmayan tarixini zənginləşdirməyə çalışıb. Bütün bunlarla yanaşı, o, ölkənin ictimai-siyasi həyatından kənarda qalmayıb. Hələ sovetlər dönəmində Elçinin başçılıq etdiyi "Vətən" cəmiyyəti xaricdə yaşayan soydaşlarımızla əlaqələrimizin qurulması yolunda ilk mühüm addımlarını atdı və yurd həsrəti ilə yaşayan bir çox mühacir qardaşımızın, onların ailə üzvlərinin Azərbaycana gəlməsinə, tanınmasına şərait yaratdı. “Vətən” cəmiyyətinin orqanı olan "Vətən" qəzeti mətbuatın milli dəyərlərə və milli ideallara yaxınlaşmasında mühüm mərhələ oldu. Uzun illər Elçin bəy Nazirlər Kabinetində Baş nazirin müavini kimi səmərəli fəaliyyət göstərdi.

Kitabxanamda Elçinin aldığım və ya bağışladığı çox kitabı var.

Düzünü deyim ki, bəzən mənim oxu sürətim onun yazı sürətinə çatmır. Amma Elçinin şəxsiyyətinə və yaradıcılığına xüsusi rəğbətim məni onun qələmindən çıxan bütün yazılara həssaslıqla yanaşmağa və bu yazıları izləməyə vadar edib. Kitab rəfimdə onun on cildliyini İlyas müəllimin çoxcildliyi ilə yanaşı qoymuşam. Bu, təkcə əlifba tələbindən və onların hər ikisinə olan xüsusi sayğımdan irəli gəlmir. Bu, həm də bir ailənin, yəni atayla oğulun Azərbaycan ədəbiyyatına nə boyda xidmət göstərdiklərini görmək və dəyərləndirmək baxımından maraqlı görüntüdür. Diqqəti çəkən başqa bir cəhət isə ata ilə oğulun yurdun taleyinə, tarixə, günümüzdə baş verən hadisələrin dramatik qatlarına münasibətdə bu qədər bənzər olduqları halda, üslubca fərqli və müxtəlif olmalarıdır. İlyas Əfəndiyevin lirik-psixoloji, romantik nəsrinin təsirindən çıxmaq o qədər də asan deyil. Amma Elçin bunu bacarmış və özünəməxsus nəsr üslubu yarada bilmişdir. O, şəhərdə boya-başa çatıb və bu mühitin təsiri ilə formalaşan, danışıq üslubuna yaxın, yarı realist, yarı yumorlu təhkiyə tərzi yaratmışdır. Buna görə də mətbuata çıxan gündən onun bəzi əsərləri Azərbaycan nəsrinin böyük nümunələri sırasında, qəhrəmanları da Mirzə Cəlilin və Haqverdiyevin qəhrəmanları ilə yanaşı yer qazanmışdır...

Ötən yüzilin 60-cıları haqqında çox yazılıb. Elçin özü də öz ədəbi nəslinin və onlardan ayırmadığı 70-ci illərin, yəni mənim ədəbi yaşıdlarımın yaradıcılığını dəfələrlə incələyib, həm ümumi mənzərə, həm də ayrı-ayrı müəlliflər və əsərlər haqqında çox yazıb.

Elçin ilk hekayələrini 3-4-cü siniflərdə oxuyarkən yazdığını qeyd edir. Deməli, bir ömrün 70 ili qələmə, sözə verilib. Nəticə, kobud şəkildə desək, "ədəbi məhsul" göz qabağındadır.

O, cəmi yarım səhifəlik hekayələrdən - povestlərə və irihəcmli romanlaradək ("Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" və s.), kiçik pyeslərdən ("Qızıl", "Ordenli yazıçıyla görüş" və s.) - milli teatrımızın səhnəsindən düşməyən pyeslərə qədər, ayrı-ayrı əsərlər haqqında rəylərdən, məqalələrdən - iri monoqrafiyalara qədər, yazıçılarla bağlı yumoristik əhvalatlardan İlyas Əfəndiyevin şəxsiyyət və yaradıcılığı haqqında sənədli romanacan, esselərdən ədəbi düşüncələrədək, uşaq nağıllarından dünya ölkələrinə səyahət notlarına kimi - nəsrin, dramaturgiyanın, ədəbi tənqidin və ədəbiyyatşünaslığın bütün növlərində, belə demək mümkünsə, bütün janrlarında yazmış, bununla yanaşı, Azərbaycan ədəbi prosesinin və ictimai gəlişmələrin heç bir hadisəsini gözdən qaçırmamışdır.

Eyni zamanda, dünya ədəbiyyatının mürəkkəb mənzərəsinin əsas şəxsiyyətləri və ciddi yaradıcılıq nümunələri də bu illərdə Elçinin diqqət mərkəzində olmuşdur, onları izləmiş və yetkin bir təfəkkürlə, dünyanın böyük qələm sahiblərindən zərrəcə geri qalmayan bir səviyyədə dəyərləndirmişdir.

Belə zəngin və çoxcəhətli yaradıcılıq yolunu gərəkincə izləmək və layiqincə qiymətləndirmək çox çətindir. Buna görə də Elçinin məndə olan kitablarını vərəqləyəndə, bu duyğunu özümdən uzaqlaşdıra bilmirəm: Mənə elə gəlir ki, haqqında nə qədər yazılsa da, onun istedadının və ədəbi-elmi yaradıcılığının qiyməti tam verilməmiş, onun ədəbi üslubunun nəsrimizin ümumi mənzərəsindəki yeri layiqincə göstərilməmişdir. Bu mənada ədəbi tənqid və biz qələm dostları hələ ona borcluyuq.

Yuxarıda yazdığım kimi, Elçinin demək olar ki, bütün əsərləri, əksəriyyəti də avtoqrafla, məndə var. O, həmişə diqqətli olub. Həm də yeni əsərlərini bağışlarkən dost ərkiylə "hökmən oxu, fikrini de!" söyləməyi də unutmayıb. Bu həm də öz yeni əsərindən arxayınçılığın əlaməti kimi də səslənmişdir; yəni "bilirəm, bəyənəcəksən!"

Bu kitabları, eləcə də Elçinin XIX yüzil və sovet dövrü Azərbaycan ədəbiyyatı haqqında yüksək nəzəri ümumiləşdirmə ilə qələmə alınmış monoqrafiyalarını, aydın vətəndaş mövqeyi ilə yazılmış "Yazıçının dəftərindən" adlı pərakəndə, lakin vahid ədəbi-estetik ideala xidmət edən yazılarını, esselərini, məqalələrini nəsri və dramaturgiyası ilə yan-yana qoyanda onun bu janrların hansında daha güclü və böyük olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirsən. Çünki nasir, dramaturq, ədəbiyyatşünas, filosof Elçinlərin hər birinin öz özəlliyi və gözəlliyi var. Bu barədə düşünərkən qələm dostumuzun işgüzarlığı, yorulmadan çalışması, dünya ədəbiyyatını bu qədər yaxından izləməsi, fəlsəfi ümumiləşdirmə qabiliyyəti, müdrikliyi və bütün bunların arxasında dayanan işıqlı təfəkkürü, xeyirxahlığı, insan sevgisi ilə dolu olan yazıçı ruhu ilə qürur duyursan.

80-ci illərin sonlarına doğru İlyas Əfəndiyevlə ara-sıra görüşürdüm. Böyük yazıçımız məni sorğu-suala tutur, ədəbi və ictimai gedişata yanaşmamla maraqlanırdı. Bu söhbətdə onun incə bir şəkildə Elçinin yaradıcılığına, övladlarının ictimai həyatdakı yeri və xalqın buna münasibəti ilə maraqlandığını da sezirdim.

İlyas müəllim xalq adamı idi və həmişə haqqı, ədaləti, sosial bərabərliyi, el birliyini, Azərbaycanın milli idealları, bütövlüyü uğrunda mübarizəni tərənnüm etmişdi və xalq hərəkatının yanında idi. Elçinin vətəndaşlıq mövqeyi, ədəbi və ictimai proseslərə münasibəti haqqında dediklərimdən ustad yazıçımızın razı qaldığını hiss edirdim.

Bu gün İlyas Əfəndiyev ömrünün 80-ci baharını şöhrətin və oxucu sevgisinin zirvəsində qarşılayan, ədəbiyyatımızı öz yaradıcılığı ilə zənginləşdirən oğlunu görsə, qüruru yerə-göyə sığmazdı. Bir yazıçı, bir övlad üçün millətinə sədaqətlə xidmətdən və atalarımızın ruhunu sevindirməkdən böyük xoşbəxtlik yoxdur.

Elçinin yazıçı və övlad kimi ən böyük qazanclarından biri budur.

80 illik bir ömrün bəzi səhifələrini xatırlarkən məni sevindirən və heyrətə salan cəhətlərdən biri də Elçinin bir insan olaraq bu illər ərzində sabit qalması, dəyişilməməsidir. Tələbə Elçin nə qədər səmimi, dürüst, sözünü hər kəsin üzünə deyən, yüksək intellekti ilə seçilən bir adam idisə, Baş nazirin müavini olarkən də eləydi, bu gün 80 yaşında da həmin xüsusiyyətlərini qoruyub-saxlamışdır.

Elçini yaxından tanıyan adamlar onun nə qədər gözəl insan olduğunu yaxşı bilirlər. O diqqətli, həssas, xeyirxah adamdır. İstedada qiymət verməyi bacarır. Arada yaş fərqi olsa da, qabiliyyətli gənclərlə onların yaşıdı kimi rəftar edir; ədəbiyyatın bütün nəsillərinə eyni gözlə baxır, xalq arasında deyilən kimi, böyüklə böyükdür, kiçiklə kiçik. Heç bir ciddi ədəbi hadisə, qələm sahiblərinin ad günləri, yeni yaranmış uğurlu əsərlər onun diqqətindən yayınmır. İmkan daxilində ədəbi gedişatın ən vacib saydığı meyil və axarlarına vaxtında müdaxilə etməyə və öz mövqeyini bildirməyə çalışır.

Əziz dostumuzun, mütəfəkkir qələm sahibinin 80 yaşını ürəkdən qutlayıram, sevinirəm ki, tutduğu məsul vəzifədən, iş qabiliyyətinin güclü bir vaxtında ayrıldı və bundan sonra yaradıcılığına daha çox vaxt ayıra biləcək.

Sabir Rüstəmxanlı

May, 2023

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Avqust 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri