Icma.az
close
up
RU
Elçin Cavadovun “STEAM” və “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilib

Elçin Cavadovun “STEAM” və “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilib

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlumdur ki, XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu baxımdan da ali məktəblərimizin məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start vermişdir.

Layihənin keçirilməsində əsas məqsəd təhsil alanlarda  XXI əsr bacarıqlarının- kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək  təhsil yanaşmasıdır.

STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin  müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.

Gəncə Dövlət Üniversitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov və İnnovativ Texnologiyalar Mərkəzinin təlimçisi, Beynəlxalq Sertifikatlı müəllim Rəqşanə Məmmədova “STEAM Azərbaycan” layihəsinə dəstək məqsədilə dərslik hazırlamışlar. Bu kitab orta və ali ixtisas olmaqla bütün təhsil səviyyələri üçün dərs vəsaiti kimi təsdiq olunmuşdur.

Bu gün Gəncə Dövlət Universitetində Elçin Cavadovun “STEAM”, eləcə də “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Gəncə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Yadigar Bədəlov, İlkin Cavadov, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, respublikanın əməkdar müəllimi  Gülsüm Fətəliyeva,  Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent  Afaq Qasımova, fakültə dekanları, kafedra müdirləri, Gəncədəki universitetlərin tələbələri və digər şəxslər iştirak etmişdir.

Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva,  Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent  Afaq Qasımova, Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri, professor Məntiq Cəfərov, "Fizika və texniki fənlər" fakültəsinin dekanı, professor Muğan Quliyev, “Ümumi pedaqogika” kafedrasının müdiri, professor Şahin Tağıyev, “Riyazi analiz” kafedrasının müdiri, professor Orucəli Rzayev, Magistratura  şöbəsinin müdiri, dosent Emin Yaqubov və başqaları çıxış etmişlər.

Sonda isə müəllif  Elçin Cavadov yekun sözü ilə çıxış edərək, tədbirin yüksək səviyyədə  təşkil olunduğuna  görə  Gəncə  şəhər İcra Hakimiyyətinə, Gəncə Dövlət  Universitetinin rəhbərliyinə, təhsilə, elmə gostərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, I Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see197

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see194

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri