Icma.az
close
up
RU
Elçin Cavadovun “STEAM” və “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilib

Elçin Cavadovun “STEAM” və “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlumdur ki, XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu baxımdan da ali məktəblərimizin məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start vermişdir.
Layihənin keçirilməsində əsas məqsəd təhsil alanlarda  XXI əsr bacarıqlarının- kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək  təhsil yanaşmasıdır.
STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin  müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
Gəncə Dövlət Üniversitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov və İnnovativ Texnologiyalar Mərkəzinin təlimçisi, Beynəlxalq Sertifikatlı müəllim Rəqşanə Məmmədova “STEAM Azərbaycan” layihəsinə dəstək məqsədilə dərslik hazırlamışlar. Bu kitab orta və ali ixtisas olmaqla bütün təhsil səviyyələri üçün dərs vəsaiti kimi təsdiq olunmuşdur.
Bu gün Gəncə Dövlət Universitetində Elçin Cavadovun “STEAM”, eləcə də “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Gəncə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Yadigar Bədəlov, İlkin Cavadov, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, respublikanın əməkdar müəllimi  Gülsüm Fətəliyeva,  Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent  Afaq Qasımova, fakültə dekanları, kafedra müdirləri, Gəncədəki universitetlərin tələbələri və digər şəxslər iştirak etmişdir.
Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva,  Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent  Afaq Qasımova, Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri, professor Məntiq Cəfərov, "Fizika və texniki fənlər" fakültəsinin dekanı, professor Muğan Quliyev, “Ümumi pedaqogika” kafedrasının müdiri, professor Şahin Tağıyev, “Riyazi analiz” kafedrasının müdiri, professor Orucəli Rzayev, Magistratura  şöbəsinin müdiri, dosent Emin Yaqubov və başqaları çıxış etmişlər.
Sonda isə müəllif  Elçin Cavadov yekun sözü ilə çıxış edərək, tədbirin yüksək səviyyədə  təşkil olunduğuna  görə  Gəncə  şəhər İcra Hakimiyyətinə, Gəncə Dövlət  Universitetinin rəhbərliyinə, təhsilə, elmə gostərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, I Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri