Icma.az
close
up
RU
Elçin Cavadovun Avtomatikanın əsasları adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib FOTOLAR

Elçin Cavadovun Avtomatikanın əsasları adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib FOTOLAR

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 24 aprel 2025-ci ildə Gəncə Dövlət Universitetində Elçin Cavadovun yeni nəşr olunmuş "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Mia.az xəbər verir ki, müasir dövrdə istehsal proseslərinin avtomatlaşdırılması texniki tərəqqinin əsas istiqamətlərindəndir.

Avtomatlaşdırma mexanikləşdirmənin ən yüksək forması olub, insanın bilavasitə iştirak etmədiyi, lakin onun nəzarəti altında icra olunan istehsalat proseslərinin yerinə yetirilməsinə imkan verən cihazların, tərtibatların, maşınların tətbiqini nəzərdə tutur. İndi avtomatlaşdırma bütün istehsalata, yəni yeni məhsulun layihələndirilməsindən onun hazırlanmasına qədər olan bütün sahələrə tətbiq olunur. 

Elm və texnikanın qarşısında duran ən mühüm məsələlərdən biri istehsalatın avtomatlaşdırılmasını, texniki səviyyəsinin yüksəl¬dilməsini, avtomatlaşdırma vasitələrinin sürətli inkişafını təmin etməkdən ibarətdir. 

Ona görə də ali məktəblərin bakalavriat təhsil səviyyəsinin “Texnologiya müəllimliyi” , “Maşın mühəndisliyi” və s. kimi  ixtisaslarında “Avtomatikanın əsasları” fənni tədris olunur. Bu fənn tələbələrə avtomatik sistemlərin bütün sahələrdə nəzəri və təcrübi tətbiq edilməsinin əsas vəziyyətlərini mənimsətmək məqsədilə öyrənilir. 

Bu məqsədlə Gəncə Dövlət Üniversitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov və həmin kafedranın müəllimi İradə Seyidova “Avtomatikanın əsasları” adlı dərs vəsaiti hazırlayıblar. 

Gəncə Dövlət Universitetində həmin nəşrin təqdimat mərasimi keçirilib. Təqdimatda Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, rektorun baş müşaviri Asif Cavadov, Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri Afaq Qasımova, Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, Magistratura şöbəsinin müdiri Emin Yaqubov, Fizika kafedrasının müdiri Yəhya Namazov çıxış ediblər.   

Sonda müəllif Elçin Cavadov yekun sözü ilə çıxış edərək, universitetdə sağlam elmi və işgüzar mühit yaratdığına, habelə belə tədbirlərin təşkil olunmasına görə Gəncə Dövlət Universitetinin rəhbərliyinə, təhsilə, elmə gostərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə, I Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri