Icma.az
close
up
RU
Elçin Əmirbəyov Brüsseldə Aİ Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb FOTO

Elçin Əmirbəyov Brüsseldə Aİ Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının bir sıra rəsmiləri ilə görüşlər keçirib.

Milli.Az xəbər verir ki, görüşlər Avropa Komissiyasının Prezidentinin diplomatik müşaviri Saymon Mordü, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini və Avropa üzrə icraçı direktor Matti Maasikas və Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktorunun müavini Adrien Kirali ilə baş tutub.

Aİ rəsmiləri ilə görüşlərdə Azərbaycan - Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər, regional nəqliyyat bağlantılarının formalaşdırılması və Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov dekabrın əvvəlində qəbul olunmuş Aİ - Ermənistan Tərəfdaşlığı üzrə Strateji Gündəlik adlı sənədlə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını onların diqqətinə çatdırıb, regiondakı mövcud reallığı əks etdirməyən və artıq tərəflər arasında müzakirə mövzusu olmayan məsələlərin süni şəkildə təkrar gündəliyə çıxarılması cəhdlərinin regional sülh gündəliyinə və Azərbaycan-Aİ münasibətlərinə zərər vuran addım kimi qiymətləndirib.

O, Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımların atılacağı barədə ümid ifadə edib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Sədri Piter de Ruver, Belçika Kralının Ofis rəhbərinin müavini və diplomatik müşaviri Piter Klaes, Belçika Baş nazirinin Ofisinin Xarici İşlər və Təhlükəsizlik üzrə Aparat rəhbəri Paskal Heyman və Belçika Xarici İşlər Nazirliyinin İkitərəfli Məsələlər üzrə Baş direktoru Birqit Stivens ilə geniş tərkibli görüşlər keçirib.

Görüşlər çərçivəsində Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov görüşlər zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt barədə tərəf müqabillərini məlumatlandırıb. O, həmçinin Avropa tərəfdaşlarını sülh quruculuğu prosesinə mümkün töhfələr barədə istiqamətləndirib.

Brüsselə səfəri zamanı E.Əmirbəyov NATO Baş katibinin müavin köməkçisi, NATO-nun Cənubi Qonşuluq üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina ilə də görüşüb.

Elçin Əmirbəyov NATO-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.

NATO-nun yüksək vəzifəli rəsmisi Azərbaycanın və onun rəhbərliyinin alyans tərəfindən tam şəkildə dəstəklənən sülh ruhunun möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Dekabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri