Elçin Əmirbəyov Brüsseldə NATO nun xüsusi nümayəndəsi ilə görüşüb FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsselə işgüzar səfəri çərçivəsində Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
"Konstruktiv dialoq zamanı tərəflər Azərbaycanın NATO ilə qarşılıqlı fəaliyyətinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirib, siyasi, hərbi və humanitar sahələrdə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər", - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 21 Oktyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















