Elçin Əmirbəyov: Sülh sazişinin ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlər görülməlidir
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzalayıblar və bu, onilliklərlə davam edən münaqişəyə son qoyulmasında mühüm irəliləyiş deməkdir".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "NE Global" nəşrinə açıqlamasında deyib.
E.Əmirbəyov vurğulayıb ki, sənədin Vaşinqtonda imzalanması Azərbaycanın sülh niyyətində olduğunun təsdiqidir.
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına dair müddəada vurğulanır ki, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq, yəni sazişin imzalanmasını təmin etmək üçün əlavə tədbirlər görülməlidir, Bakı Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırılması üçün Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin ediləcəyini gözləyir", - deyə E.Əmirbəyov vurğulayıb.
Azərbaycan rəsmisi əlavə edib ki, imzalanan Birgə Bəyannamənin əsas müddəalarından biri iki ölkə arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəliyidir, xüsusən də Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi zərurətidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















