Icma.az
close
up
RU
Elçin Həmidovla Serhat Kılıçı nə birləşdirir? Bu xəbəri hələ çox eşidəcəyik… KONKRET

Elçin Həmidovla Serhat Kılıçı nə birləşdirir? Bu xəbəri hələ çox eşidəcəyik… KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Türkiyəli aktyor Serhat Kılıç evində ölü tapılıb. Hadisənin ən ağrılı tərəflərindən biri isə aktyorun ölümündən iki gün ərzində heç kimin xəbər tutmamasıdır.

KONKRET.az globalinfoaz.az-a istinadən xəbər verir ki, dünyada hər gün yüzlərlə, bəlkə də minlərlə insan evində təkbaşına ölür və qonşuları, qohum-əqrəbaları bundan günlər sonra xəbər tutur.

Məncə, bu silsilə ölümlərin bir səbəbkarı – qatili var: Tənhalıq!

Yaponların buna “kodokuşi” deyirlər. Yəni “tənha ölüm”.

Yaponiya təkcə texnoloji inkişafda deyil, intihar və tənha ölümlər üzrə statistikada da ilk sıralardadır.

Görünür, bu dəhşətli vəziyyət artıq bizim qapımıza da gəlib çatıb. “Qapımız” dedim, çünki Türkiyə və Azərbaycan bu məsələdə də “bir millət, iki dövlət”dir. Qeyd edim ki, Xalq artisti Zərnigar Ağakişiyeva, Əməkdar artist Elçin Həmidov, aktyor Qorxmaz Atakişiyev də evində tənha ölüb, nəşi günlər sonra tapılan azərbaycanlı məşhurlardır.

Bu səssiz gedişlər bəlkə də artıq oturub düşünməyimizin vaxtının çatdığını göstərir. Hərdən mənə elə gəlir ki, bu fəlakəti addım-addım öz əllərimizlə özümüz inşa etdik.

Məsələn, sosial şəbəkələrin hər vəchlə bizə satdığı “sən hər şeyin ən yaxşısına layiqsən”, “heç kim səndən daha dəyərli deyil” kimi cəfəngiyyatlara gözüyumulu inanırıq. Özümüzü kainatın mərkəzinə qoyub ətrafımızdakı hər kəsi dəyərsiz və asanlıqla əvəz edilə bilən hesab edirik. Əzbərlədiyimiz bir neçə şəxsi inkişaf şüarını həyat fəlsəfəsinə çevirib, eqoizmi “özünə dəyər vermək” adı ilə qəbul edirik.

Əldə etdiyimiz, ya da hazırda bizim olanla kifayətlənmək yerinə, bir klik uzaqda həmişə “daha yaxşısının” olduğuna inanırıq. Hətta bu yolda həqiqi sevgini, eşqi, sədaqəti dəyərsizləşdirib, evlililiyi uşaq oyununa çeviririk. Ən xırda anlaşılmazlıqda belə zərrə qədər səbir göstərmədən, heç bir səy göstərmədən qapını çırpıb gedirik.

Səhv başa düşdüyümüz bəzi “öyüd-nəsihətlər” və nəhəng eqolarımız ucbatından ömrümüz boyu yanımızda dağ kimi dayanacaq insanları bir heç uğrunda itiririk.

Paylaşmağı, fədakarlığı, başqasının yükünə çiyin verməyi “zəiflik” hesab edirik. Beləcə ildən-ilə özünüzü inkişaf etdirdiyinizi düşünüb əslində sadəcə emosional baxımdan duyğusuzlaşırıq. Özümüz özümüzü küncə sıxışdırır, bəzən isə başqalarının küncə sıxışdırmasına şərait yaradırıq.

Diqqət edirsinizsə, artıq bayramlar, özəl günlər əvvəlki kimi qonaqlı-qaralı olmur. Telefonumuzda yüzlərlə “dostumuz”, qohum-əqrəbamız, tanışımız var, amma qapınızı döyəcək 5-6 nəfər belə yoxdur.

Ümumiyyətlə, özümüzə sual verək: bir neçə gün işə gəlməsək, sosial şəbəkələrə girməsək, status paylaşmasaq, bir sözlə, yox olsaq, bunu hiss edəcək həqiqi neçə nəfər var ətrafımızda?

Bəlkə də manşetlərdə oxuduğunuz hər bir xəbər əslində öz gələcəyimizin elanıdır.

Bədbin olmaq istəmirəm, amma gördüyüm vəziyyət budur. Ona görə də “evində ölü tapıldı” başlıqlı xəbərləri hələ çox görəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Sentyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri