Icma.az
close
up
RU
Biz hələ onun haqqında çox eşidəcəyik O, ƏSLİNDƏ KİM İDİ? KONKRET

Biz hələ onun haqqında çox eşidəcəyik O, ƏSLİNDƏ KİM İDİ? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın sirli maskalı canisi haqqında çəkilən məşhur trilogiya vaxtilə SSRİ-də, o cümlədən Azərbaycanda böyük rezonans doğurmuşdu. Uşaqlar da, böyüklər də ekran qarşısında nəfəs dərmədən dayanır, bir sualın cavabını axtarırdı: qara maskanın arxasında kim gizlənir və niyə ətrafına bu qədər xaos və dəhşət saçır?

Bu sualın cavabı isə filmlərdən daha əvvəl yaranmış ilkin mənbədə – XX əsrin əvvəllərində yazılmış məşhur romanlar silsiləsində gizlənir.

1911-ci ildə fransız yazıçıları Marsel Allen və Pyer Süvestr cəzadan daim yayına bilən, mürəkkəb tələlər quran və hər dəfə ədalətin əlindən sürüşüb çıxan qeyri-adi antiqəhrəman obrazı yaratdılar. Həmin dövrdə qalmaqallar, cinayət hadisələri və detektiv araşdırmalar haqqında “bulvar romanları” xüsusilə populyar idi. Fantomas haqqında ilk kitablar da böyük sürətlə satılmağa başladı.

“Fantomas” adı fransız dilində təxminən “görünməz ruh” mənasını verir. Onun əsas xüsusiyyəti isə hər dəfə cəzanın astanasından son anda qaçması idi.

Fantomas kim idi?

Romanların səhifələrində onun müəmmalı keçmişi tədricən üzə çıxır.

Fantomasın 1867-ci ildə doğulduğu, titul etibarilə hersoq olduğu, ingilis və fransız köklərindən gəldiyi bildirilir. Gənclik illərini səyahətlərdə keçirir – ABŞ, Meksika və Kanadada olur, müxtəlif xalqların adət-ənənələri ilə tanış olur.

İngiltərə-Bur müharibəsi zamanı Edvard Beltamın adyutantı olur. Lakin tezliklə onun həyat yoldaşı ilə münasibət qurur. Xəyanəti öyrənən Beltam Qurnun əli ilə öldürülür. Qurn isə Fantomasın özüdür.

Bir il sonra Beltamın həyat yoldaşı da intihar edir.

Məhz bundan sonra Fantomas üçün geri dönüş yolu bağlanır. O, dünyanın ən təhlükəli cinayətkarlarından birinə çevrilir.

Onun ən böyük silahı – dəyişmək bacarığı

Fantomasın əsas “silahı” sənətkarlıqla həyata keçirdiyi maskalanma və kimliyini dəyişmək bacarığıdır.

O, qurbanını öldürür, onun görünüşünə girir və daha sonra həmin şəxsin yaxınlarına qarşı yeni intriqalar qurur. Fantomasın qəddarlığı isə son dərəcə amansız və qeyri-adi üsullarla özünü göstərir: vəba daşıyan siçovulların şəhərə buraxılması, zəhərli ilanlarla dolu otaqlar və digər dəhşətli tələlər…

Lakin o, çox vaxt qurbanlarını öldürmür. Onları dəli olmaq həddinə çatdırır, müflis edir, yaxınlarını və dostlarını bir-birinə qarşı qoyur, nəticədə isə dünən dost olan insanlar ölümcül düşmənə çevrilirlər.

Demək olar ki, bütün romanlarda Fantomasın izinə düşən və onu tutmaq fikrinə obsesiv şəkildə bağlanan komissar Jüv də var. Jüv üçün Fantoması yaxalamaq artıq sadəcə xidməti vəzifə deyil, həyatının mənasına çevrilir.

Fantomas necə məşhurlaşdı?

1911–1913-cü illərdə nəşr olunan ilk romanların uğuru inanılmaz idi. Pyer Süvestrin ölümündən sonra Marsel Allen daha 11 roman yazdı və nəticədə Fantomas haqqında kitabların ümumi sayı 42 cildə çatdı.

İkinci Dünya müharibəsinə qədər Fantomas Fransanın ən tanınan bədii personajlarından biri idi.

Sonrakı illərdə onun populyarlığı azalsa da, 1960-cı illərdə Jan Mare ilə çəkilən məşhur trilogiya Fantoması yenidən dünya auditoriyasının diqqət mərkəzinə qaytardı.

Bu filmlərdən sonra onun haqqında daha çox ekran əsəri, komikslər və yeni romanlar meydana çıxdı. Bu günə qədər Fantomas haqqında yeni film franşizasının hazırlanacağı barədə xəbərlər və şayiələr yayılır.

Fantomasın yaradıcıları onun mahiyyətini cəmi bir neçə sözlə ifadə etmişdilər:

— Heç kim…
— Amma yenə də, bəli, o, kimsədir!
— Bəs bu “kimsə” nə edir?
— Dəhşət yayır!

Bəlkə də Fantomasın bütün mahiyyəti məhz bu qısa dialoqda gizlənir.

O, yoxa çıxmayan kölgədir. Ölməyən qorxudur. Üzünü dəyişən, amma heç vaxt tamamilə yox olmayan sirrdir.

Və görünür, Fantomas haqqında biz hələ çox eşidəcəyik…

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri