Elçin Məsiyev eyni epizodlarda fərqli qərar verib VİDEO
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən gün Misli Premyer Liqasının 26-cı turunda keçirilən “Zirə” – “Şamaxı” (1:1) matçında baş hakim Elçin Məsiyev iki eyni epizodda fərqli qərar qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, matçın 6-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Brahim Konate şamaxılıların üzvü Andrey Tirkoveanuya qarşı kobudluq etsə də, referi qırmızı vərəqə göstərməyib.
E.Məsiyev matçın 53-cü dəqiqəsində “Şamaxı”nın üzvü Dioqo Balaunun Konateyə qarşı eyni kobudluğuna isə “qırmızı” çıxarıb.
Maraqlıdır ki, hakimlərin eyni epizodlarda müxtəlif qərarlar verməsinin arxasında nə durur.
Burada “Zirə”yə qarşı hər hansı güzəştdən söhbət gedə bilməz. Görünən odur ki, azərbaycanlı referilər epizodları analiz etməkdə çətinlik çəkir və ya istədikləri kimi qərarlar verirlər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Aprel 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















