Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Elçin Şamilli: Ümumtürk mədəniyyətinin vizual dilində əsərlər yaradılmalıdır

Elçin Şamilli: Ümumtürk mədəniyyətinin vizual dilində əsərlər yaradılmalıdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 aprel, AZƏRTAC

AZƏRTAC müasir incəsənətlə bağlı materiallar silsiləsini davam etdirir. Müsahibimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Elçin Şamilli türk ölkələrində müasir incəsənətin xüsusiyyətləri barədə mülahizələrini bölüşür və onun beynəlxalq səviyyədə tanıdılması üçün nələrin lazım olduğu barədə fikirlərini təqdim edir.

Rəssam qeyd edib: “Əvvəllər SSRİ-nin tərkibində olmuş türk ölkələri müstəqillik qazandıqdan sonra uzun müddət sovet incəsənət formatını davam etdirib. Bu, Azərbaycanda həm rəsmi variantda (Tahir Salahovun xətti), həm də “underqraund”la (Cavad Mircavadovun mifologiyası və Mir-Nadir Zeynalovun abstraksiyası ilə) özünü göstərdi. Eyni zamanda, 1990-cı illərdə türk ölkələrindən olan bəzi sənətçilər müasir incəsənəti (1960-cı illərin sonlarından 1970-ci illərin əvvəllərinə qədər yaradılan incəsənət - red.) araşdırmağa başladılar. Bu, həm fərdi qaydada, həm də Azərbaycanda “Təsdiq” və “Labirint” kimi yaradıcı qrupların formalaşması yolu ilə baş verdi. Bədii təcrübənin spesifikliyinə gəldikdə, məsələn, Qazaxıstandan olan Almagül Menlibayeva mifləri və şamanizmi müasir vizual dil vasitəsilə yenidən şərh edən videoart və foto layihələri yaradır. Azərbaycan müasir incəsənətinin xarakterik xüsusiyyətlərinə gəlincə isə, bu, qlobal bədii sistemdən texnologiyaların və formaların mənimsənilməsini ortaya qoyur. Həmin xüsusiyyət Azərbaycanın mövzuları, mədəni kodları və semantikası vasitəsilə həyata keçirilməsi cəhdlərinə aiddir. Məsələn, Çingiz Babayevin instalyasiyalarında və xalçalarında, Orxan Hüseynovun videoartında olduğu kimi”.

Onun sözlərinə görə, türk ölkələrində müasir incəsənət iki əsas istiqamətdə inkişaf edir.

“Əvvəla, gender bərabərliyi, ictimai transformasiya, hakim gücə tənqidi baxış, insan və təbiət arasında qarşılıqlı əlaqə, ekoloji fəlakətlər, internetin, sosial medianın və süni intellektin təsiri, eləcə də qlobal əhəmiyyətli spesifik yerli məsələlərdə qlobal proseslərə inteqrasiya səyləri göstərilir. İkinci istiqamət müasir texnoloji dünyada, ən son texnoloji tərəqqi və qlobal çağırışlar dilində mədəni, dini və milli kimliyin axtarışıdır. Burada Azərbaycan və Qazaxıstanın oxşar maraqları xüsusilə nəzərə çarpır”, - deyə sənətşünas vurğulayıb.

E. Şamillinin sözlərinə görə, türkdilli ölkələrin incəsənəti müasir səviyyədə öz vizual dili olmadan qlobal dünya üçün maraqlı olmayacaq. “Türk ölkələrinin vizual dili minilliklərin mədəni təcrübəsinə əsaslanır. Söhbət müasir əsərlərdə keçmişin vizual formalarından sözün əsl mənasında istifadə etməkdən getmir. Söhbət keçmişin canlı enerjisini gələcəyə necə ötürməkdən, xalçaların və ümumiyyətlə ornamental sənətin həndəsi və mücərrəd formalarının ənənəvi dilinin struktur və kompozisiya məntiqini müasir formaların dilinə necə tərcümə etməkdən gedir. Kimyaçı Xudu Məmmədovun ideyalarına əsaslanan alim və memar Siyavuş Dadaş müasir formatda variasiya nümunələri ilə türk mədəniyyətinin vizual kodu üçün bir konsepsiya hazırladı. Bu gün bir kod, bir konsepsiya və praktik təcrübə var. Bu nəzəri və texnoloji irs bütün türk xalqlarına məxsusdur. Təkcə ümumtürk mədəniyyətinin vizual dilində müasir məsələlər və mövzularda əsərlər yaratmaq qalır. Bu, rəsm, heykəltaraşlıq və qrafikadan tutmuş instalyasiyalara və video sənətə qədər bütün vizual sənət formalarına aiddir. Qlobal incəsənət sistemində ideya və formaların mübarizəsi kontekstində rəqabətədavamlı olacaq şey məhz budur”, - deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Müəllif: Anara Axundova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Aprel 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri