Icma.az
close
up
RU
Eldar Əzizov icra başçılarını topladı Nələr müzakirə edilib?

Eldar Əzizov icra başçılarını topladı Nələr müzakirə edilib?

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir. İlk olaraq Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verib ki, mərhələli şəkildə paytaxtın daha 8 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulsun.
BŞİH-nin mətbuat xidmətindən Mia.az-a bildirilib  ki, bir neçə gün sonra Bakının Xəzər rayonunda da layihənin icrasına başlanması nəzərdə tutulub.

Bununla əlaqədar Xəzər RİH-də Bakı şəhəri və Xəzər rayon icra hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyə rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə çıxış edən Bakı şəhərinin icra başçısı Eldar Əzizov paytaxtda 6 il ərzində həyata keçirilən layihə barədə danışaraq bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib. Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 164 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib.
Müşavirədə Bakı Şəhər Mənzi-Kommunal Təsərrüfatı Departamentinin hesabatı dinlənilib, rayonun və ümumilikdə şəhərin sanitar təmizliyi məsələlərində mühüm rol oynayan bu layihənin Xəzər rayonunda da uğurla tətbiqi ilə bağlı, xüsusi olaraq sakinlər arasında maarifləndirmə işlərinə ciddi fikir verilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib, xidmətlərin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirilib.
Qeyd edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib. Yaxın günlərdə sözügedən layihənin icrasına qoşulacaq Xəzər rayonunda aparılacaq maarifləndirmə işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 İyun 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri