Icma.az
close
up
RU
Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda üç ailə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddia tələbi səbəbindən evsiz qalmaq təhlükəsi ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Səbail rayonu, Nizami küçəsi, 706-cı məhəllədə yerləşən “Dolçasaray” şirkəti tərəfindən tikilmiş elit binanın sakinlərinə 5 il əvvəl aldıqları mənzilləri dərhal boşaltmağı tələb edib.

Eldar Mahmudovun iddiasına görə, o, 15 il əvvəl həmin binanın 14-cü mərtəbəsində sahəsi 202 və 453 kvadratmetr olan iki mənzil alıb. Hazırkı sahiblər — Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə isə bildirirlər ki, onlar bu mənzilləri 2021-ci ildə “Dolçasaray” şirkətindən təmirsiz vəziyyətdə (mayak halında) alıb, təmir edərək yaşayış üçün yararlı hala gətiriblər. Artıq uzun müddətdir həmin mənzillərdə yaşayır və orada qeydiyyatdadırlar. Şövkət Əliyevanın mülkiyyət hüququnu təsdiqləyən rəsmi çıxarış da mövcuddur.

Hər üç ailənin alqı-satqı müqavilələri qanunvericiliyin bütün tələblərinə uyğun rəsmiləşdirilib. Lakin ötən ilin yaz aylarında onlara mənzillərin boşaldılması ilə bağlı məhkəmə bildirişi daxil olub. Sonradan məlum olub ki, onların pul ödədiyi mənzillərlə bağlı Anar Mahmudov tərəfindən “Dolçasaray” şirkətinə qarşı 2021-ci ildən bəri məhkəmə prosesi davam edirmiş. Qanuni sahiblər bu prosesə cəlb olunmayıb və bu barədə məlumatlandırılmayıblar.

Fotoda: Anar Mahmudov

Birdən-birə evsiz qalma təhlükəsi ilə üzləşən Əliyeva, Mirqasımov və Dadaşzadə Ali Məhkəmənin Plenumuna müraciət edərək əvvəlki qərarın ləğvini və işə onların iştirakı ilə yenidən baxılmasını xahiş ediblər. Lakin müraciət rədd edilib.

Anar Mahmudov iddia edir ki, 2007-ci ilin yanvarında onun əmisi Fərhad Məlikov ilə “Dolçasaray” şirkəti arasında həmin binanın 14-cü mərtəbəsində üç mənzilin alqı-satqı müqaviləsi bağlanıb. Daha sonra Məlikov bu mənzillərin qardaşı oğlunun adına rəsmiləşdirilməsini xahiş edib.

Hazırkı sahiblər isə qeyd edirlər ki, həmin müqavilədə göstərilən mənzillər faktiki sahələrə uyğun gəlmir, ödənişi təsdiqləyən sənədlər və Anar Mahmudovun imzası mövcud deyil. Üstəlik, onlar mənzilləri almamışdan əvvəl məhkəmə şirkətlə Mahmudov arasında bağlanmış müqaviləni etibarsız hesab edib.

Məlumat üçün deyək ki, redaksiyamıza sakinlər tərəfindən yaşadıqları evlərin onlara məxsus olduğunu təsdiqləyən çoxsaylı sənədlər və əvvəlki məhkəmə qərarları təqdim edilib.

Qeyd edək ki, tikinti şirkəti hələ iddiadan xeyli əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət edərək müqavilənin ləğvini tələb edib və real alqı-satqının baş vermədiyini, mənzillərin dəyərinin ödənilmədiyini bildirib. 2020-ci ilin iyul ayında məhkəmə “Dolçasaray”ın iddiasını təmin edib. Qərar qüvvəyə mindikdən sonra mənzillər adi vətəndaşlara satılıb.

Buna baxmayaraq, 2021-ci ildə Mahmudovların nümayəndəsi Səbail Rayon Məhkəməsinə müraciət edərək mənzillərin geri qaytarılmasını tələb edib. Həm birinci instansiya, həm də Apellyasiya Məhkəməsi ödənişi təsdiqləyən heç bir sənəd (qrafik, çek, bank çıxarışı və s.) olmadığını əsas gətirərək şikayəti rədd edib.

2023-cü ildə Ali Məhkəmə Anar Mahmudovun iddiasını təmin edərək işi icraya yönəldib. Amma icra prosesində məlum olub ki, 14-cü mərtəbədə iddiada göstərilən ölçüdə mənzillər, ümumiyyətlə, mövcud deyil. 

2024-cü ilin oktyabrında keçirilən yerində baxışdan sonra da məhkəmə sakinlərin xeyrinə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Anar Mahmudov bundan sonra da mənzil sevdasından əl çəkməyib. Onun nümayəndəsi-eyni zamanda ailə vəkilləri Cavid Rzazadə növbəti dəfə iddia qaldıraraq 14-cü mərtəbədə yerləşən üç mənzilin sakinlərinin çıxarılmasını tələb edib. Əvvəlki faktlar qüvvədə olduğu halda bu dəfə Bakı Apellyasiya Məhkəməsi (hakimlər-Məmməd Məmmədov, Günel Abbasova, Fuad Talşınski-red) iddianı təmin edib.

Sakinlərin sözlərinə görə, 2025-ci ilin aprelində onlara kompensasiya tələbi tövsiyə edildiyi halda, cəmi səkkiz ay sonra sakinlərin evdən çıxarılmasına qərar verilib.

Mənzilləri inşa edən və sakinlərlə birgə cavabdeh qismində tanınmış “Dolçasaray” şirkətinin keçmiş rəhbərliyi də iddiaçı Mahmudovun mənzil tələb etmək hüququnun olmadığını deyir: “2006-cı ildə özlərini Eldar Mahmudovun adamları kimi təqdim edən şəxslər şirkət ofisinə gələrək çoxlu imzalanmış müqavilə blanklarını götürüblər və sonradan saxta məlumatlarla doldurulmuş sənədlər təqdim ediblər. Həmin sənədlərdə göstərilən sahələr layihəyə uyğun olmayıb və heç bir ödəniş həyata keçirilməyib”.

Şirkət qeyd edir ki, Mahmudov tərəfi ödəniş etmədiyi üçün müqavilələr ləğv edilib və bu fakt məhkəmələrdə də sübuta yetirilib. 

Əlavə olaraq, Anar Mahmudovun sübut kimi təqdim etdiyi müqavilələrdə və maliyyə arayışında mənzilin alınma qiyməti ilə bağlı heç bir məbləğ göstərilməyib. Bu da faktiki olaraq əmlakların əvəzsiz əldə edildiyini açıq-aşkar göstərir.

Bütün əsaslara baxmayaraq, mənzilllərin qanuni sahibləri-Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə hazırda evlərini itirmək qorxusu ilə yaşayırlar. 

Gələcək aqibətlərinə gəlincə, vətəndaşlar son ümid kimi Ali Məhkəməyə kassasiya şikayəti hazırlayırlar. Həmçinin axırıncı qərardan müxtəlif dövlət qurumlarına şikayət ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Aprel 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see409

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see323

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see317

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see276

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see257

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see253

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see228

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see194

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see190

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see182

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see177

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see176

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see174

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see165

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see160

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see156

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see146

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri