Icma.az
close
up
RU
Eldar Quliyev: “Tədbirə səfirlə getmişdik, “Dədə Qorqud”la nə işimiz var?!”

Eldar Quliyev: “Tədbirə səfirlə getmişdik, “Dədə Qorqud”la nə işimiz var?!”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Birinci dəfədir eşidirəm. Bizim “Dədə Qorqud”la nə işimiz var?!"

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.

O, istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovla birgə 2022-ci ildə Türkmənistanın ozamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu saxta “Dədə Qorqud” ordeni ilə təltif etməsi barədə yayılan iddialara aydınlıq gətirib. Pepperoni pizza

E.Quliyev bildirib ki, sözügedən tədbirə Türkmənistanın Azərbaycandakı o vaxtkı səfiri ilə birgə gedib.

“Bizi Azərbaycan Ağsaqqallar Şurası olaraq dəvət etmişdilər. Türkmənistana mən, Eldar İbrahimov və Vahid Novruzov - üç nəfər professor nümayəndə heyəti türkmən səfirlə birgə uçmuşduq. Xeyli dövlətlərin nümayəndələri həmin tədbirə gəlmişdilər. Eldar İsmayılovu orada birinci dəfə gördük. Heç mən onu Azərbaycanda tanımıram.

“Dədə Qorqud” ordeni də ona aiddir, bizə yox. Yayılan xəbərlərə heç baxmamışam. Birinci dəfədir, eşidirəm. Bizim “Dədə Qorqud”la nə işimiz var?!

Eldar İsmayılov özü ayrıca gəlmişdi. Dəvət olunub-olunmadığını da heç bilmirik. Tədbirdə tanış olduq. Dedi ki, mən azərbaycanlıyam. O özü Qurbanqulu Berdiməhəmmədovu təbrik etdi. Hətta Bakıya da ayrı qayıtmışıq. Sonra da onu görməmişəm. Eldar İsmayılov həmin görüşdə heç yanımızda da oturmamışdı.

Qurbanqulu Berdiməhəmmədov şəxsən həmin tədbirdən sonra mənimlə də, Eldar İbrahimovla da ayrı-ayrı görüşüb. Qəbulunda olmuşuq. Yəni bizim “Dədə Qorqud”a heç bir aidiyyatımız yoxdur, olmayıb da. O adamı da tanımamışıq. Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin dəvəti ilə Qurbanqulu Berdiməhəmmədov bu yaxınlarda Azərbaycana gəlmişdi. Parlamentdə bizimlə görüşdü. Sahibə Qafarova və mənimlə birgə şəkli də var. Türkmənistanın Azərbaycandakı səfiri xahiş etmişdi ki, deyiblər, görüşdə mən də iştirak edim.

Azərbaycanda Ağsaqqallar Şurasının sədri mənəm, Türkmənistanda isə Qurbanqulu Berdiməhəmmədov özüdür. Sonra da Şeyxülislam Allahşükür Paşazadə dəvət etmişdi, orada da görüşdük. Deməyim budur ki, görüşlərimiz dövlət səviyyəsində keçirilib. Kimsə bu barədə əks bir şey yazırsa, şərdir. Belə getsə, məcbur olacağıq, onları məhkəməyə verək. Hansı əsasla bu xəbəri yazırlar?!”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri