Icma.az
close
up
RU
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ulu Öndər Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi enerji strategiyasının uğurlu icrası nəticəsində Azərbaycanın neft və qaz sənayesində əldə olunan mühüm nailiyyətlər ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Enerji sektorunun dinamik inkişafının ölkəmizin sosial-iqtisadi tərəqqisində önəmli rolundan bəhs edən Şahin İsmayılov deyib:

“Neft-qaz gəlirlərinin səmərəli şəkildə yönəldilməsi nəticəsində infrastrukturun yenilənməsi, sənayeləşmənin sürətlənməsi, sosial rifahın yüksəldilməsi  təmin olunub”.

Komitə sədri bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, şaxələndirilmiş ixrac-nəql yolları vasitəsilə regionun iqtisadi inkişafında və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan hazırda zəngin karbohidrogen ehtiyatları ilə yanaşı, həm də maddi-texniki bazası və yüksəkixtisaslı kadr potensialı ilə dünyada qabaqcıl enerji dövləti kimi tanınır.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə icra olunan enerji layihələrinin əhəmiyyətindən danışan Şahin İsmayılov qeyd edib ki, son onilliyin əsas meqalayihələrindən biri olan Cənub Qaz Dəhlizi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.  Bu baxımdan, Cənub Qaz Dəhlizi həm təchizat, həm də marşrut şaxələndirilməsini təmin etməklə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan qazı 12 ölkəyə təchiz olunur. Son bir il ərzində Azərbaycandan qaz alan ölkələrin sayının 8-dən 12-yə yüksəlməsi uğurlu enerji siyasətimizin nəticəsidir.

Beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirildiyini qeyd edən komitə sədri “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərin 30 ildir regionumuzda, onun hüdudlarından kənarda enerji təhlükəsizliyinə, bu sahədə əməkdaşlıqların formalaşmasına töhfə verdiyini bildirib. “Bu gün Azərbaycan qlobal çağırışlarda fəal iştirak edən ölkə kimi böyük nüfuza malikdir. “Bu xüsusda, dünyanın 200-ə yaxın ölkəsindən 76 mindən çox nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının qatıldığı COP29 çərçivəsində qazanılan böyük nailiyyətləri qeyd etmək lazımdır. Dövlətimizin başçısının bildirdiyi kimi Azərbaycanın hədəfi ətraf mühiti ən çox çirkləndirən ölkələr, yəni inkişaf etmiş ölkələr ilə bundan əziyyət çəkən, yəni inkişafda olan ölkələr arasında etimadın artırılması idi. Ölkəmiz bu tarixi uğura nail oldu”, - deyə Şahin İsmayılov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri