Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

Zirə autsayderə qarşı

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

Gündə neçə banan yemək olar? Faydaları

Eldəniz Əzizli: Avropa çempionatında ən böyük favorit bizik

Eldəniz Əzizli: Avropa çempionatında ən böyük favorit bizik

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək güləş üzrə Avropa çempionatının başlamasına çox az qalıb.

İdman.biz xəbər verir ki, yarışın favoritlərindən biri olan Eldəniz Əzizli Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib.

– Avropa çempionatına hazırlıq necə gedir?

– Hazırlığımız çox yaxşıdır. Fevralda Xorvatiyada keçirilən reytinq turnirindən əvvəl hazırlıqlara start vermişəm. Məşqçilərlə məsləhətləşdikdən sonra belə qərara gəldik ki, Zaqrebdəki yarış üçün çəki salmayım. Ona görə də 55 yox, 60 kq-da güləşdim. Məqsədim turnirdə nəticə qazanmaq yox, 1-2 görüş keçirmək idi. Əslində elə ilk mərhələni keçsəydim belə komanda yoldaşım Nihat Məmmədliylə qarşılaşmaya çıxmayacaqdım. Xorvatiyaya yollanmaqda əsas məqsəd yarışdan sonrakı təlim-məşq toplanışda iştirak etmək idi. Yüksək səviyyədə toplanış keçdik. Ümumilikdə hazırlıq prosesində 250-300 idmançı var idi. Ondan sonra məşqləri Bakıda davam etdiririk. Ümid edirəm ki, yarış yaxşı olacaq.

– Sonuncu dəfə 2 il əvvəl Avropa çempionatında güləşmisən. Həmin yarışda sinəndən aldığın zədə çempion olmağa imkan vermədi. İndi bununla bağlı hər hansı problem yaşamırsan?

– Sinəm 1-2 il əzrində məni çox incitdi. Avropa çempionatından sonraki 4-5 ay ərzində də bərpa oluna bilmirdim. Ağrı var idi. İndi hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm. Ciddi bir problem yoxdur.

– 2018-ci ildən bu yana bütün Avropa çempionatlarında medal qazanmısan. Bunların arasında iki çempionluq da var. Yəqin ki, hədəfin üçüncü çempionluqdur. Bu uğura imza atsan, yunan-Roma güləşimizdə Avropa üzrə rekordçu Rafiq Hüseynova çatacaqsan. Bu barədə aranızda söhbətiniz olubmu?

– Bəli. Rafiq, mənə dünya çempionatında, mən isə ona Avropa çempionatında titul sayında çatmaq istəyirəm. Mən 4-cü dəfə dünya çempionu olandan sonra onun mənə çatmağa ümidləri azaldı. İnşallah, gəlib mənə çatar. Rafiq yunan-Roma güləşində titullu, ən yaxşı peşəkar idmançılardandır. Aramızda belə xoş rəqabət var.

– Çempionluq yolunda özünə əsas rəqib kimi görürsən?

– Mənim çəkimdə tez-tez gənclər gəlir deyə çətin olur. İldən-ilə yaşım artdıqca gənclərlə mübarizə aparmaq daha da çətinləşir. Buna baxmayaraq, bu il 3 qat Avropa və 5 qat dünya çempionu ünvanına sahib olmaq istəyirəm. Yunan-Roma güləşində 4-dən artıq dünya qızılı olan çox az idmançı var. Mənim çəkimdə Həmid Soryan 6 qat dünya çempionudur. O, əfsanədir. Ondan başqa aşağıda çəkidə bu qədər çox dünya çempionu olan yoxdur. Avropa çempionatında əsas rəqibim rusiyalı Emin Seferşayev olacaq. Böyük ehtimalla, onunla finalda görüşəcəyik.

– 2021-ci ildə yarımfinalda son saniyələrdə bu güləşçiyə məğlub olmuşdun. Bu qarşıdurmaya revanş gözüylə baxa bilərik?

– Elədir. Son saniyələrdə gözlənilməz fənd işlətmişdi. İnşallah, revanşı alaram.

– Sən həm də milli komandanın kapitanısan. Komanda hesabında yenidən Avropa çempionu ola bilərik?

– Son illərdə bir qayda olaraq, komanda hesabında ilk üçlükdə olmuşuq. Bu isə Azərbaycan kimi bir ölkə üçün böyük uğurdur. Ölkəmizdə başqa heç bir idman növündə belə uğur yoxdur. Son dünya çempionu və Avropa ikincisiyik. Ondan əvvəl Avropa çempionu olmuşuq. Komanda şəklində ardıcıl 2 dəfə dünya çempionu olmaq ölkəmizdə başqa idman növündə təkrarlanmayıb… Bu Avropa çempionatında ən böyük favorit bizik. İnanmıram ki, bu il Türkiyə komandası bizi qabaqlaya bilsin. Çünkü həqiqətən də fantastik bir heyətlə gedirik. Demək olar ki, yunan-Roma güləşimizin tarixi boyunca ən yaxşı komanda məhz bu heyətdir. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Türkiyə bizdən minimal fərqlə öndə olurdu. Bunda da əsas səbəb Rza Kayaalp kimi bir idmançının olması idi. O, şərhsiz lider idi. Artıq heyətlərində Rza və dünya çempionu Ali Cengiz (87 kq) yoxdur. Bu səbəbdən bizdən öndə olacaqlarını düşünmürəm.

– Eldəniz, artıq 4 qat dünya çempionusan. Bu nəticə nəinki yunan-Roma güləşində, ümumiyyətlə, Azərbaycan güləşində bir rekorddur. Maraqlıdır ki, bundan sonra növbəti hədəflər üçün özündə o motivasiyanı, hissləri görürsənmi? “Nə qədər bacarıramsa, güləşəcəyəm” məntiqiylə yola davam edirsən?

– Allaha həmd olsun! Olimpiya idman növləri arasında ölkəmizdə yeganə 4 qat dünya çempionu mənəm. Mən nəinki idman karyeramda, hətta günlük həyatımda da uzunmüddətli planlar qurmağı xoşlamıram. Qarışıma qoyduğum məqsədim nədirsə, ona uyğun planlar qururam. Heç vaxt tələsmirəm. Zamanı qabaqlamaq istəmirəm. Hal-hazırda qarşımdakı məqsəd Avropa çempionu olmaqdır. Təbii ki, 5-ci dəfə dünya çempionu olmaq istəyirəm. Ancaq bu, növbəti hədəfdir.

– Karyeranı bitirdikdən sonra 55 kq-da ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edə biləcək güləşçi adı çəkə bilərsən?

– Bunu demək çətindir. Bu çəkidə sabit şəkildə qalıb, davamlı uğur qazanmaq bütün idmançılar üçün çətindir. Gərək bu çəkiyə tam uyğunlaşasan. Bu çəkidəki digər güləşçilərimiz Elmir Əliyevlə Rəşad Məmmədovun uzun illər 55 kq-da qalacağını düşünmürəm. Artıq 15 ildir ki, bu çəkidəyəm. 15-16 il stabil şəkildə bu çəkidə qalıb, ard-arda medal çox çətindir.

– Mütaliə etməyi sevirsən. Hal-hazırda oxuduğun kitabın adını çəkə bilərsənmi?

– Səfərdə də, evdə də kitab oxuyuram. Hər gün stabil olaraq vaxt ayırıram və o vaxt çərçivəsində kitab oxuyuram. Ramazan ayında yalnız Quran oxuyuram. Ramazandan əvvəl Ceyms Klirin “Atomik vərdişlər” və Lev Tolstoyun “Anna Karenina” əsərini oxudum. Ondan əvvəl isə Fyodor Dostoyevskidən “Alçaldılmış və təhqir edilmiş insanları” oxumuşdum. Yaxın vaxtlarda Dostoyevskinin başqa bir əsəri olan “Yeraltından qeydlər” romanını oxumaq fikrim var. Ümumiyyətlə, hər janrdan kitablar oxumağı sevirəm”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Aprel 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see233

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see212

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see203

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see171

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see138

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see137

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see131

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see130

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see129

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see128

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see127

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see126

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see123

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see123

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see121

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri