Icma.az
close
up
RU
Elə bil əllərim yox olub mənim... Günün şeiri

Elə bil əllərim yox olub mənim... Günün şeiri

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

3 noyabr tanınmış avar şair, yazıçı, publisist və siyasi xadim Rəsul Həmzətovun anım günüdür.

Kulis.az bu münasibətlə şairin məşhur "Əziz dostum" şeirini və əsərin yaranma tarixçəsini təqdim edir.

Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun dünyanın görkəmli şairləri, yazıçıları ilə dostluq etmiş, onların evində qonaq olmuşdu. Belə şairlərdən biri də Dağıstanın Xalq şairi Rəsul Həmzətov idi. Onların münasibəti ilə bağlı bu fakt dostluqlarının necə dərin köklərə dayandığını nümayiş etdirir.

Deyilənlərə görə, bir gün Səməd Vurğun Dağıstana dostu Rəsul ilə görüşməyə gedir. Məclis əsnasında Səməd Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır.

Uzun müddət dostundan xəbər ala bilməyən Rəsul Həmzətov onun incidiyini anlayır. Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır.

Lakin təəssüf ki, onunla görüşə bilmir. Çünki Səməd Vurğun artıq ölüm yatağında idi. 1956-cı il mayın 27-də Səməd Vurğun vəfat edir.

Bu küsülülük və əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində kədərli iz buraxır. O, bu gün hamının sevərək dinlədiyi “Əziz dostum” mahnısının sözlərini yazır.

Şeiri Azərbaycan dilinə şair Tofiq Bayram tərcümə edib.

Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib, qalmışam həsrətində mən...


Necə nəğmə qoşum, necə dillənim,
Dost gedib, özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.


Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...

Hər dağın başında bir peyğəmbər gördülər... - Söhrab Sipehrinin şeirləri "Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova Əməkdar artist vəfat etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:340
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri