Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Ələkbərov zavodlarını itirmək təhlükəsilə üzləşib “Bərpa edəcəyik...”

Ələkbərov zavodlarını itirmək təhlükəsilə üzləşib “Bərpa edəcəyik...”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Lukoil" şirkəti Ukrayna dronlarının hücumlarından sonra iki-üç həftə ərzində neft emalı zavodlarında fəaliyyəti bərpa edə bilər.

“AzPolitika” xəbər verir ki, bunu “Lukoil”-in təsisçisi Vahid Ələkbərov bildirib.

"Biz neft emalı zavodlarının fəaliyyətini davam etdirmək üçün bütün kompleks tədbirləri görürük. Bu, həmişə tez əldə edilmir, lakin iki-üç həftə bizim bərpa olunmağımız üçün kifayətdir", - Ələkbərov "Vesti" televiziya proqramında deyib.

Vahid Ələkbərovun bu açıqlamasaı Vladimir Putinin dron hücumlarından zərər çəkmiş müəssisə və obyektlərin dövlətin nəzarətinə götürülməsinə icazə verən fərman imzalamasından sonra verilib. Sənədə görə, vacib infrastruktur obyektləri “təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməməsi və ya vaxtında görülməməsi, təhlükəsizlik tələblərinin pozulması və ya dron təhdidlərinin qarşısının alınması üçün səmərəsiz tədbirlər görülməsi” halında Federal Əmlak İdarəetmə Agentliyinin “müvəqqəti idarəçiliyinə" verilə bilər. 

Obyektlərin "bərpa edilməməsi və ya vaxtında bərpa edilməməsi" də müsadirə üçün əsas ola bilər. Yəni, bir sözlə, bu və ya digər şirkət öz müəssisəsini dronlardan qoruya, yaxud dron hücumundan sonra tezliklə bərpa edə bilmirsə, dövlət onu sahibinin nəzarətindən çıxara, öz idarəçiliyinə götürə bilər. Ələkbərovun bu açıqlaması da həmin təhlükədən irəli gəlir.

Daha sonra Rusiya Baş nazirinin birinci müavini Denis Manturov qeyd edib ki, hakimiyyət orqanları Putinin fərmanı ilə əlaqədar müsadirəyə məruz qala biləcək şirkətlərin siyahısını müəyyən ediblər. 

"Adlarını çəkməyəcəyəm, amma onlarla bağlı məsələlər nəzərdən keçiriləcək", - deyə Manturov vurğulayıb və əlavə edib ki, qanun pozan şirkətlərə qarşı konkret tədbirlər qapalı qapılar arxasında ayrıca müzakirə olunacaq. Müəssisə və obyektlərin siyahısı məxfi saxlanılır, lakin orada 167 ad olduğu məlumdur.

Ukrayna Silahlı Qüvvələri Rusiya neft emalı zavodlarına müntəzəm olaraq zərbələr endirməyə davam edir. Sentyabrın əvvəlinə qədər “Lukoil”-in bütün ən böyük neft emalı zavodları hücumlar səbəbindən bağlanıb. “Reuters”-in məlumatına görə, Rusiyanın tutumuna görə ən böyük beş neft emalı zavodundan biri və ikinci ən böyük benzin istehsalçısı olan Nijeqorodnefteorgsintez (NORSI) avqustun 26-da emalı dayandırıb. Permnefteorgsintez (21 avqust) və Volqoqrad Neft Emalı Zavodu (31 iyul) da fəaliyyətini dayandırmışdı.

Həmçinin avqust ayında Novoşaxtinsk Neft Emalı Zavodu, Froteinvest-in Orsknefteorgsintez (OrskNOS), Zapsibneftexim və Rosneft-in Saratov Neft Emalı Zavodu da emalı dayandırıb. 2026-cı ilin əvvəlindən bəri Ukrayna dronları Rusiyanın neft emalı zavodlarına 70 dəfədən çox hücum edərək onlarla zavodu sıradan çıxarıb. Nəticədə ölkənin neft emalı sənayesi 2002-ci ildən bəri ən aşağı səviyyəyə düşüb və bu da yanacaq böhranına səbəb olub.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Sentyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri