Icma.az
close
up
RU
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı

Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-dakı St. Olaf Kollecinin alimləri elektrik enerjisi olmadan işləyən mexaniki kompüter hazırlayıblar. Bu qurğu enerjini elektrikdən deyil, fiziki qüvvədən alır.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqatçılar kiçik çiplər və sürətli enerji yığımı texnologiyalarından fərqli istiqamət seçərək, xarici enerji mənbəyinə ehtiyac duymayan hesablama sistemi yaradıblar. Bu batareyasız qurğular məntiq və yaddaş funksiyalarını fiziki komponentlər vasitəsilə yerinə yetirir.

Ənənəvi kompüterlərdən fərqli olaraq, bu sistemlər materialların "yaddaş” xüsusiyyətindən istifadə edir. "Nature Communications” jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi Coi Paulsen bildirib ki, yaddaş adətən kompüterin sərt diskində və ya insan beynində təsəvvür edilir. Lakin bir çox gündəlik materiallar da keçmiş təsirləri "xatırlaya” bilir. Məsələn, rezin material nə qədər sıxıldığını və ya dartıldığını yadda saxlayır.

Alimlər bu xüsusiyyətə əsaslanaraq materialların yalnız hərəkəti yadda saxlayıb-saxlamadığını deyil, eyni zamanda məlumatı emal edib-etmədiyini də araşdırıblar.

Tədqiqatçılar polad yaylar və çubuqlardan istifadə edərək üç mexaniki kompüter nümunəsi hazırlayıblar. Birinci sistem çubuğun neçə dəfə irəli-geri hərəkət etdiyini sayır. İkinci sistem bu hərəkətlərin tək və ya cüt sayda olub-olmadığını müəyyən edir. Üçüncü sistem isə tətbiq olunan qüvvənin orta və ya yüksək səviyyədə olduğunu yadda saxlayır.

Alimlərin sözlərinə görə, bu mexanizm məlumat emalını elektrik siqnalları ilə deyil, struktur hərəkəti vasitəsilə həyata keçirir.

Coi Paulsen qeyd edib ki, artıq kompüter çipi və enerji mənbəyi olmadan sadə hesablamalar apara bilən qurğuların hazırlanması üçün real imkan mövcuddur.

İlk baxışda bu qurğular sadə və hətta lazımsız görünə bilər, lakin onlar həssas elektron sistemlərə alternativ olmaq potensialına malikdir. Araşdırmada qeyd olunur ki, bu cür davamlı cihazlar digər sistemlərin işləyə bilmədiyi sərt mühitlərdə problemsiz fəaliyyət göstərə bilər.

Məsələn, gələcəkdə bu texnologiya batareyasız şəkildə təzyiqi hiss edib reaksiya verən protez qol və ayaqlarda istifadə oluna bilər. Həmçinin yalnız mühərrikin titrəyişləri əsasında aşınmanı izləyən reaktiv mühərrik sensorları kimi də tətbiq edilə bilər.

Paulsen bildirib ki, bu nəticələr ətraf mühiti hiss edib qərar verə və reaksiya göstərə bilən materialların hazırlanmasına doğru mühüm addımdır. "Ağıllı materiallar” kimi tanınan bu sahədə əldə olunan biliklər daha həssas süni üzvlər və toxunmaya reaksiya verən mühitlərin yaradılmasına töhfə verə bilər.

Hazırda alimlər bu mexaniki sistemlərin miqyaslandırılması imkanlarını və məhdudiyyətlərini araşdırır. St. Olaf Kollecin tələbələri isə bir neçə rotorun qarşılıqlı təsirini və onların bir-birinə necə təsir etdiyini öyrənir. Bu istiqamətdə əldə olunacaq nəticələr daha mürəkkəb sistemlərin yaradılmasına imkan verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Aprel 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri