Elektrik enerjisinin istehsalı və ötürülməsi ilə bağlı qanuna dəyişiklik edilir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılmasının müddəti dəyişir.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan "Elektroenergetika haqqında" Qanunda təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, ötürücü sistem operatoru elektrik enerjisinin ötürülməsinə verilmiş icazə əsasında fəaliyyət göstərir. Ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
Təklif edilən dəyişikliklə yuxarıdakı qadağa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş müddətdə qüvvəyə minəcək.
Beləliklə, elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin birinci mərhələsində (birinci mərhələ qanunun qüvvəyə mindiyi gündən, yəni 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun 30-dək olan dövrü əhatə edir) həyata keçirilməsi nəzərdə tutulan elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması 2025-ci il iyulun 1-dək deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə icra ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 İyun 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















