Icma.az
close
up
RU
Elektrik mühərrikli avtobusların insan sağlamlığına ziyanı varmı? RƏSMİ AÇIQLAMA

Elektrik mühərrikli avtobusların insan sağlamlığına ziyanı varmı? RƏSMİ AÇIQLAMA

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Elektrik mühərrikli avtobuslar ənənəvi daxili yanma mühərrikləri yerinə elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələridir. Bu avtobuslar şəhər nəqliyyatında sıfır emissiya təmin edərək ətraf mühitin qorunmasına böyük töhfə verir.

Avtosfer.az xəbər verir ki, texnologiyanın inkişafı ilə elektrobusların batareya ömrü və məsafəsi artır, xərcləri isə azalır.

Bu səbəbdən, bir çox şəhər artıq fosil yanacaqlı avtobusları elektrik mühərrikli avtobuslarla əvəz etməyi planlaşdırır.

Paytaxt Bakıda da elektrik mühərrikli avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.

Bəs elektrik müəhrrikli avtobsuların yolda qalma ehtimalı varmı? Ümumiyyətlə bu avtobuslar nə qədər məsafəqət edir? İnsan sağlamlığı üçün hər hansı təhdid təşkil edirmi?

Bu suallara cavab tapmaq üçün "BakuBus" MMC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən "Baku.ws"ə bildirildi ki, hazırda ictimai nəqliyatın islahatı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir:

"Bu tədbirin mühüm istiqamətlərindən biri müasir qaraj infrastrukturunun yaradılmasıdır. Şəhərin marşrut xətlərində fəaliyyət göstərən elektrikli avtobuslar Zığ Avtoparkından xəttə çıxır. Bu avtoparkda 60 ədəd şarj cihazı quraşdırılıb.

Avtobuslar marşrut xəttindən qayıtdıqdan sonra qarajda 3 saat ərzində enerji ilə tam doldurulur. Bununla yanaşı, sürətli şarjolma funksiyası vasitəsilə doldurma prosesi 1 saat 30 dəqiqəyə qədər azaldıla bilər.

Avtobusların enerji səviyyəsi 20 faizdən aşağı düşdükdə, vasitə avtomatik olaraq xəttdən çıxarılaraq qaraja yönləndirilir. Əlavə olaraq, enerji səviyyəsi 50 faizdən aşağı olduqda sürücülərə növbə dəyişimi zamanı enerji doldurma məntəqələrində enerji yığılması barədə təlimat verilir. Elektrikli avtobuslar tam enerji dolumundan sonra hava şəraitindən asılı olaraq 306 km-ə qədər məsafə qət edə bilir və dövriyyə üçün nəzərdə tutulan gün ərzində fasiləsiz xidmət göstərə bilir.

Elektrikli avtobusların istismarı yalnız sərnişinlərimizin rahatlığı üçün deyil, həmçinin ətraf mühitin qorunması və insan sağlamlığına diqqətin artırılması məqsədini daşıyır. Mühərriklərin tamamilə elektriklə işləməsi atmosferə heç bir zərərli tullantının buraxılmamasını təmin edir. Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olmaqla, şəhərin hava keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir və sakinlərin sağlamlığı üçün heç bir təhlükə yaratmır.

Sürücülərin peşəkarlığının təmin edilməsi məqsədilə elektrikli avtobusları idarə edən sürücülər "BakuBus" MMC-nin Sürücü Təlim Mərkəzində xüsusi təlim kursu keçiblər. Ötən gün texniki səhvə yol vermiş sürücü yenidən təlimə yönləndirilərək əlavə hazırlıqdan keçiriləcəkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Dekabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see206

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see163

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see155

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see132

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see131

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri